Məhsul Haqqında

YENİ

Dahua DH-WB2-60N-I-V2 Simsiz Şəbəkə Körpüsü Dəsti (Kit)

₼ 100.00
Məhsul mövcüddur
  • Məhsul haqqında:

    Dahua DH-WB2-60N-I-V2 – lift şaxtalarında IP kameraların şəbəkə bağlantısını təmin etmək üçün xüsusi olaraq layihələndirilmiş simsiz şəbəkə körpüsü dəstidir (Kit). Məhsul qutuda rəsmi olaraq cüt (2 ədəd) şəklində gəlir və əvvəlcədən tənzimləndiyi üçün heç bir çətin konfiqurasiya tələb etmədən qoş-işlət (Plug-and-Play) prinsipi ilə fəaliyyət göstərir.

    2.4 GHz tezlikdə işləyən bu cihaz, 300 Mbps-ə qədər ötürmə sürəti təklif edir və daxili 8 dBi antenası sayəsində şaquli lift hərəkətlərində siqnalın qırılmasının qarşısını alır. IP65 hava şəraitindən mühafizə korpusu və PoE dəstəyi ilə həm daxili, həm də çətin sənaye mühitləri üçün ideal seçimdir

    Məhsul Rəngi:

    color 1

    Məhsul Sayı:

    Paylaş:

    Model Dahua DH-WB2-60N-I-V2 (Elevator Kit)
    Satış Forması Cüt şəklində (Paketdə 2 ədəd cihaz mövcuddur)
    İşçi Tezliyi (Frequency) 2.4 GHz (2.412 GHz – 2.484 GHz)
    Maksimum Sürət (Data Rate) 300 Mbps
    Simsiz Standart IEEE 802.11b/g/n
    Antena (Gain & Type) Daxili panel antenna, 8 dBi gücləndirmə
    Antena Bucağı (Direction Angle) Üfüqi (H): 60°, Şaquli (V): 60°
    Şəbəkə Portları (Ports) 1 × 10/100 Mbps (LAN 1)
    1 × 10/100 Mbps (LAN 2 / Passive PoE In)
    Yaddaş (Memory / Flash) 64 MB DDR2 / 8 MB Flash
    Maksimum Enerji Sərfi Max < 3 W (Yüksək qənaətcil)
    Qidalanma (Power Supply) 12 VDC, 0.5 A və ya Passive PoE (Dəstə daxildir)
    PoE Ötürmə Məsafəsi 80 metrə qədər
    İş rejimləri (Operating Mode) AP (Access Point) / Station (Müştəri)
    Təhlükəsizlik / Şifrələmə WPA2
    Mühafizə Sinfi (Protection) IP65 (Toz və suya davamlı korpus)
    İşləmə Temperaturu –20 °C ilə +55 °C arası
    İdarəetmə (Management) Web interfeys, DoLynk Şəbəkə Platforması, Mobil Tətbiq
    Əlavə Özəlliklər Avtomatik qoşulma, Radio Spektr Analizi (Optimal kanal seçimi üçün)

    Rəsmi zəmanət müddəti – 1 İl

    ƏSAS ŞƏRTLƏR

    Zəmanət müddəti ərzində satın alınmış məhsulun zəmanət şərtlərinə uyğun nasazlığı aşkar edildikdə, məhsulun pulsuz təmiri təmin edilir.
    Zəmanət müddəti məhsulun satın alındığı zaman bildirilir və Zəmanət Talonunda qeyd olunur.
    Zəmanət müddəti məhsulun satın alındığı tarixdən etibarən başlayır.
    Zəmanət müddəti ərzində istehsalçı qüsuru aşkar edildikdə, məhsul Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq yoxlanılması və təmiri üçün Texniki Servis Mərkəzinə qəbul edilir.
    Təmir üçün təqdim olunan məhsul tam komplektdə, ilkin vəziyyətdə və daxili texniki xüsusiyyətlərinə uyğun olmalıdır.
    Zəmanət xidməti yalnız Zəmanət Talonunda adı qeyd olunan şəxsə və şəxsiyyətini təsdiq edən sənəd təqdim edildiyi halda göstərilir.
    Təmir müddəti 2–14 iş günü təşkil edə bilər. Təmir üçün istehsalçıdan ehtiyat hissələrinin sifariş edilməsi tələb olunduqda bu müddət uzadıla bilər. Müddətin uzadılması Servis Aktı vasitəsilə razılaşdırılır.
    Nasaz hissələrin dəyişdirilməsi zəmanət müddətinin yenidən başlamasına və ya uzadılmasına səbəb olmur.
    Zəmanət təmiri müddətində məhsul müvəqqəti olaraq başqa məhsulla əvəz edilmir.
    İstehlakçının təqsiri nəticəsində yaranmış nasazlıqlar zəmanət çərçivəsinə daxil deyil və belə hallarda təmir ödənişli əsaslarla həyata keçirilir.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNUR:
    Nasazlıq istehsalçı qüsuru nəticəsində yaranmışdırsa;
    Nasazlıq zəmanət müddəti ərzində aşkar edilmişdirsə.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNMUR:
    İstehlakçının təqsiri nəticəsində yaranmış mexaniki zədələnmələr və ya digər nasazlıqlar;
    Məhsuldan düzgün istifadə edilməməsi, düzgün saxlanılmaması və ya daşınmaması;
    Təhlükəsizlik qaydalarına əməl edilməməsi;
    Elektrik gərginliyində yaranan problemlər və ya normadan kənar enerji təchizatı;
    Məhsulun içinə və ya üzərinə yad cisimlərin düşməsi;
    Yanğın, su basması, təbii fəlakət və digər fors-major hallar;
    İcazəsiz təmir və ya məhsula müdaxilə cəhdləri;
    IMEI və ya seriya nömrələrinin uyğun gəlməməsi, dəyişdirilməsi, silinməsi və ya zədələnməsi;
    Zəmanət Talonunun və ya alış-verişi təsdiq edən sənədin təqdim edilməməsi;
    Məhsul üzərində olan qoruyucu möhürlərin və ya plombların zədələnməsi;
    Lisenziyasız proqram təminatı, viruslar və ya üçüncü tərəf proqramları nəticəsində yaranan nasazlıqlar;
    Təmirin rəsmi Texniki Servis Mərkəzində aparılmaması və ya məhsula qeyri-peşəkar müdaxilə əlamətlərinin aşkar olunması;
    İstehlak materiallarının və ya hissələrin (soyuducu/fan, enerji bloku, batareya, akkumulyator və s.) zədələnməsi və ya dəyişdirilməsi.

    Qeyd: Məhsulun zəmanət şərtlərinə uyğunluğu Texniki Servis Mərkəzinin yoxlaması əsasında müəyyən edilir.
     

    ÇATDIRILMA ŞƏRTLƏRİ

    * Pulsuz çatdırılma: 300 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur.
    * Göstərilən məbləğdən aşağı sifarişlər Kuryer ilə çatdırılır.
    Çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır

    Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.

    Datasheet

    Yüklə