Məhsul Haqqında

Reyee RG-RAP2260 AX3000 Wi-Fi 6 Access Point

₼ 400.00
Məhsul mövcüddur
  • Məhsul haqqında:

    Reyee RG-RAP2260 yüksək performans və çoxsaylı istifadəçi üçün nəzərdə tutulmuş Wi-Fi 6 AX3000 Multi-Gigabit tavan tipli Access Point-dir. Otel, restoran, ticarət mərkəzi, toplantı otağı, ofis və digər yüksək istifadəçi sıxlığı olan məkanlarda sürətli və stabil simsiz şəbəkə yaratmaq üçün istifadə olunur.

    RG-RAP2260 2974 Mbps-ə qədər simsiz sürət, 2.5GbE simli uplink, 160 MHz kanal eni, 2×2 MU-MIMO, Reyee Mesh və pulsuz Cloud idarəetməsi təqdim edir. İstehsalçı cihazı 500-dən çox klient bağlantısını dəstəkləyən yüksək sıxlıqlı Wi-Fi həlli kimi təqdim edir.

    Məhsul Rəngi:

    color 1

    Məhsul Sayı:

    Paylaş:

    • Model: Reyee RG-RAP2260
    • Məhsul tipi: Ceiling Mount Access Point
    • Wi-Fi standartı: Wi-Fi 6 / IEEE 802.11ax
    • Wi-Fi sinfi: AX3000
    • Maksimum simsiz sürət: 2974 Mbps
    • 2.4 GHz: 573 Mbps
    • 5 GHz: 2401 Mbps
    • Radio: Dual-Radio
    • Spatial Streams: 4
    • MIMO: 2×2 MU-MIMO
    • Kanal eni: 160 MHz-ə qədər
    • 6 GHz: dəstəklənmir
    • 2.5GbE: 1× 10/100/1000/2500BASE-T
    • Gigabit Ethernet: 1× 10/100/1000BASE-T
    • PoE: dəstəklənir
    • PoE+: dəstəklənir
    • DC: 12V / 2A
    • Reyee Mesh: dəstəklənir
    • Cloud Management: dəstəklənir
    • IPv6: dəstəklənir
    • Maksimum simsiz klient: 512
    • İdarə edilə bilən cihaz sayı: 300
    • Anten: daxili omnidirectional
    • 2.4 GHz antenna: 2 ədəd
    • 5 GHz antenna: 3 ədəd
    • Ölçü: 194 × 194 × 45.1 mm
    • Rəng:
    • Maksimum enerji sərfiyyatı: 18 W
    • İş temperaturu: 0°C – 40°C
    • IP reytinqi: IP41
    • Quraşdırma: tavan/divar

    Rəsmi zəmanət müddəti – 1 İl

    ƏSAS ŞƏRTLƏR

    Zəmanət müddəti ərzində satın alınmış məhsulun zəmanət şərtlərinə uyğun nasazlığı aşkar edildikdə, məhsulun pulsuz təmiri təmin edilir.
    Zəmanət müddəti məhsulun satın alındığı zaman bildirilir və Zəmanət Talonunda qeyd olunur.
    Zəmanət müddəti məhsulun satın alındığı tarixdən etibarən başlayır.
    Zəmanət müddəti ərzində istehsalçı qüsuru aşkar edildikdə, məhsul Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq yoxlanılması və təmiri üçün Texniki Servis Mərkəzinə qəbul edilir.
    Təmir üçün təqdim olunan məhsul tam komplektdə, ilkin vəziyyətdə və daxili texniki xüsusiyyətlərinə uyğun olmalıdır.
    Zəmanət xidməti yalnız Zəmanət Talonunda adı qeyd olunan şəxsə və şəxsiyyətini təsdiq edən sənəd təqdim edildiyi halda göstərilir.
    Təmir müddəti 2–14 iş günü təşkil edə bilər. Təmir üçün istehsalçıdan ehtiyat hissələrinin sifariş edilməsi tələb olunduqda bu müddət uzadıla bilər. Müddətin uzadılması Servis Aktı vasitəsilə razılaşdırılır.
    Nasaz hissələrin dəyişdirilməsi zəmanət müddətinin yenidən başlamasına və ya uzadılmasına səbəb olmur.
    Zəmanət təmiri müddətində məhsul müvəqqəti olaraq başqa məhsulla əvəz edilmir.
    İstehlakçının təqsiri nəticəsində yaranmış nasazlıqlar zəmanət çərçivəsinə daxil deyil və belə hallarda təmir ödənişli əsaslarla həyata keçirilir.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNUR:
    Nasazlıq istehsalçı qüsuru nəticəsində yaranmışdırsa;
    Nasazlıq zəmanət müddəti ərzində aşkar edilmişdirsə.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNMUR:
    İstehlakçının təqsiri nəticəsində yaranmış mexaniki zədələnmələr və ya digər nasazlıqlar;
    Məhsuldan düzgün istifadə edilməməsi, düzgün saxlanılmaması və ya daşınmaması;
    Təhlükəsizlik qaydalarına əməl edilməməsi;
    Elektrik gərginliyində yaranan problemlər və ya normadan kənar enerji təchizatı;
    Məhsulun içinə və ya üzərinə yad cisimlərin düşməsi;
    Yanğın, su basması, təbii fəlakət və digər fors-major hallar;
    İcazəsiz təmir və ya məhsula müdaxilə cəhdləri;
    IMEI və ya seriya nömrələrinin uyğun gəlməməsi, dəyişdirilməsi, silinməsi və ya zədələnməsi;
    Zəmanət Talonunun və ya alış-verişi təsdiq edən sənədin təqdim edilməməsi;
    Məhsul üzərində olan qoruyucu möhürlərin və ya plombların zədələnməsi;
    Lisenziyasız proqram təminatı, viruslar və ya üçüncü tərəf proqramları nəticəsində yaranan nasazlıqlar;
    Təmirin rəsmi Texniki Servis Mərkəzində aparılmaması və ya məhsula qeyri-peşəkar müdaxilə əlamətlərinin aşkar olunması;
    İstehlak materiallarının və ya hissələrin (soyuducu/fan, enerji bloku, batareya, akkumulyator və s.) zədələnməsi və ya dəyişdirilməsi.

    Qeyd: Məhsulun zəmanət şərtlərinə uyğunluğu Texniki Servis Mərkəzinin yoxlaması əsasında müəyyən edilir.
     

    ÇATDIRILMA ŞƏRTLƏRİ

    * Pulsuz çatdırılma: 300 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur.
    * Göstərilən məbləğdən aşağı sifarişlər Kuryer ilə çatdırılır.
    Çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır

    Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.