Məhsul Haqqında

YENİ

AP1300 AC1200 Wi-Fi Gigabit Access Point

₼ 150.00
Məhsul mövcüddur
  • Məhsul haqqında:

    AP1300 AC1200 Wi-Fi Gigabit Access Point, ev və ofis şəbəkələrini genişləndirmək, internet siqnalını daha stabil və sürətli etmək üçün mükəmməl bir cihazdır. Dual-Band (iki tezlikli) texnologiyası sayəsində 5 GHz tezliyində 867 Mbps, 2.4 GHz tezliyində isə 300 Mbps sürət təmin edir. Gigabit Ethernet portu sayəsində simli qoşulmalarda sürət itkisinin qarşısını alır. PoE (Power over Ethernet) dəstəyi ilə tək bir kabel üzərindən həm enerji, həm də data ötürülməsini təmin edərək montaj işlərini asanlaşdırır. MU-MIMO və Beamforming texnologiyaları ilə eyni anda 100-dən çox cihaza kəsintisiz internet paylayır.

    Məhsul Rəngi:

    color 1

    Məhsul Sayı:

    Paylaş:

    • Model: AP1300 (AC1200)
    • Wi-Fi Standartı: Wi-Fi 5 (IEEE 802.11ac/n/g/b/a)
    • Maksimum Sürət: 1200 Mbps (5 GHz: 867 Mbps + 2.4 GHz: 300 Mbps)
    • Prosessor (CPU): 880 MHz İkinüvəli (Dual-Core) Prosessor
    • Yaddaş (RAM / Flash): 128 MB DDR3 RAM / 16 MB NOR Flash
    • Şəbəkə Portu: 1 × 10/100/1000 Mbps Gigabit Ethernet (RJ45) Port
    • Antena: 4 × Daxili Çoxyönlü (Omnidirectional) Antena
    • Qidalanma Texnologiyası: PoE (802.3af/at), Passiv PoE (24-57V) və ya 12V DC Adapter
    • Enerji Sərfiyyatı: Maksimum 11 Vt
    • Qabaqcıl Funksiyalar: MU-MIMO, Beamforming, Band Steering, Mesh Seamless Roaming
    • Şəbəkə Təhlükəsizliyi: WPA-PSK / WPA2-PSK / WPA3-SAE, Captive Portal, Çoxlu SSID (Multi-SSID)
    • İş Rejimləri: Access Point, Router, Repeater (Siqnal Gücləndirici), WISP
    • Montaj Növü: Tavan və ya Divar montajı (Dəst daxildir)

    Rəsmi zəmanət müddəti – 1 İl

    ƏSAS ŞƏRTLƏR

    Zəmanət müddəti ərzində satın alınmış məhsulun zəmanət şərtlərinə uyğun nasazlığı aşkar edildikdə, məhsulun pulsuz təmiri təmin edilir.
    Zəmanət müddəti məhsulun satın alındığı zaman bildirilir və Zəmanət Talonunda qeyd olunur.
    Zəmanət müddəti məhsulun satın alındığı tarixdən etibarən başlayır.
    Zəmanət müddəti ərzində istehsalçı qüsuru aşkar edildikdə, məhsul Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq yoxlanılması və təmiri üçün Texniki Servis Mərkəzinə qəbul edilir.
    Təmir üçün təqdim olunan məhsul tam komplektdə, ilkin vəziyyətdə və daxili texniki xüsusiyyətlərinə uyğun olmalıdır.
    Zəmanət xidməti yalnız Zəmanət Talonunda adı qeyd olunan şəxsə və şəxsiyyətini təsdiq edən sənəd təqdim edildiyi halda göstərilir.
    Təmir müddəti 2–14 iş günü təşkil edə bilər. Təmir üçün istehsalçıdan ehtiyat hissələrinin sifariş edilməsi tələb olunduqda bu müddət uzadıla bilər. Müddətin uzadılması Servis Aktı vasitəsilə razılaşdırılır.
    Nasaz hissələrin dəyişdirilməsi zəmanət müddətinin yenidən başlamasına və ya uzadılmasına səbəb olmur.
    Zəmanət təmiri müddətində məhsul müvəqqəti olaraq başqa məhsulla əvəz edilmir.
    İstehlakçının təqsiri nəticəsində yaranmış nasazlıqlar zəmanət çərçivəsinə daxil deyil və belə hallarda təmir ödənişli əsaslarla həyata keçirilir.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNUR:
    Nasazlıq istehsalçı qüsuru nəticəsində yaranmışdırsa;
    Nasazlıq zəmanət müddəti ərzində aşkar edilmişdirsə.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNMUR:
    İstehlakçının təqsiri nəticəsində yaranmış mexaniki zədələnmələr və ya digər nasazlıqlar;
    Məhsuldan düzgün istifadə edilməməsi, düzgün saxlanılmaması və ya daşınmaması;
    Təhlükəsizlik qaydalarına əməl edilməməsi;
    Elektrik gərginliyində yaranan problemlər və ya normadan kənar enerji təchizatı;
    Məhsulun içinə və ya üzərinə yad cisimlərin düşməsi;
    Yanğın, su basması, təbii fəlakət və digər fors-major hallar;
    İcazəsiz təmir və ya məhsula müdaxilə cəhdləri;
    IMEI və ya seriya nömrələrinin uyğun gəlməməsi, dəyişdirilməsi, silinməsi və ya zədələnməsi;
    Zəmanət Talonunun və ya alış-verişi təsdiq edən sənədin təqdim edilməməsi;
    Məhsul üzərində olan qoruyucu möhürlərin və ya plombların zədələnməsi;
    Lisenziyasız proqram təminatı, viruslar və ya üçüncü tərəf proqramları nəticəsində yaranan nasazlıqlar;
    Təmirin rəsmi Texniki Servis Mərkəzində aparılmaması və ya məhsula qeyri-peşəkar müdaxilə əlamətlərinin aşkar olunması;
    İstehlak materiallarının və ya hissələrin (soyuducu/fan, enerji bloku, batareya, akkumulyator və s.) zədələnməsi və ya dəyişdirilməsi.

    Qeyd: Məhsulun zəmanət şərtlərinə uyğunluğu Texniki Servis Mərkəzinin yoxlaması əsasında müəyyən edilir.
     

    ÇATDIRILMA ŞƏRTLƏRİ

    * Pulsuz çatdırılma: 300 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur.
    * Göstərilən məbləğdən aşağı sifarişlər Kuryer ilə çatdırılır.
    Çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır

    Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.

    Datasheet

    Yüklə

    İnstall

    Yüklə