Yoxla.az müştərilərinin rahatlığını nəzərə alaraq, ölkə daxilində bütün məhsulların təhlükəsiz və sürətli bir şəkildə çatdırılmasını təmin edir.
Çatdırılma Yoxla.az əməkdaşları tərəfindən həyata keçirilir və alqı-satqı müqavilələri və digər sənədlər müştəriyə imzalatdırılaraq bütün məhsulların istehsalçı qüsurlarına şamil olunan zəmanət şərtlərini özündə əks etdirən zəmanət talonları müştəriyə təqdim olunur.
ÇATDIRILMA QİYMƏTİ - PULSUZ!
* Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
* Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır
ÇATDIRILMA NÖVÜ - TAKSİ İLƏ ÇATDIRILMA
* Məbləğdən asılı olmayaraq sifarişlər üçün mövcuddur.
* Məhsulun göndərişi satıcı tərəfindən həyata kecirilir.
* Taksi sifarişi və ödəniş müştərinin hesabınadır.
* Ərazi olaraq Bakı ərazisinə aiddir.
ÇATDIRILMA MÜDDƏTİ
* Bakı üzrə: Sifariş tamamlandıqdan sonra 1 saat ərzində çatdırılma həyata gecirilir.
* Regionlar üzrə: 2-3 iş günü.
* Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.
DİQQƏT: Çatdırılma yalnız bazar ertəsindən cümə gününə qədər həyata keçirilir.
Şənbə və Bazar qeyri-iş günləridir.
Əgər sifariş cümə günü saat 17:00-dan sonra verilibsə, çatdırılma növbəti həftənin ilk iş gününə keçirilir.
DİQQƏT: Bağlamanın çəkisi sabit daşınma dəyərinə görə hesablanmış orta çəkidən artıq olarsa, hər kq üçün əlavə ödəniş tətbiq oluna bilər.
Çatdırılma şərtləri və ödənişlərlə bağlı ətraflı məlumat almaq ücün 0553100777 WhatsApp nömrəsinə ( https://bit.ly/3I8MVDN ) yaza və ya info@yoxla.az ünvanına müraciət edə bilərsiniz.