C66 MBC Cradle – 4 Batareya üçün Peşəkar Şarj Həlli
C66 MBC Cradle, eyni anda 4 ədəd Chainway C66 batareyasının təhlükəsiz və sürətli şəkildə doldurulması üçün nəzərdə tutulmuş etibarlı şarj stendidir. 12V / 2A güclü adapter ilə təchiz olunan bu cradle, intensiv iş mühitlərində fasiləsiz enerji təmin edir.
Anbar, logistika və sənaye sahələri üçün ideal olan bu həll, batareyaların daim istifadəyə hazır qalmasını təmin edir, iş axınında gecikmələrin qarşısını alır. Kompakt və möhkəm dizaynı sayəsində həm masaüstü, həm də servis sahələrində rahatlıqla istifadə oluna bilər.
Üstünlüklər:
Eyni anda 4 C66 batareyasının şarjı
Sabit və təhlükəsiz enerji ötürülməsi
Sürətli və effektiv doldurma
Peşəkar istifadə üçün ideal dizayn
Məhsulun adı:
C66 MBC Cradle (Multi Battery Charger)
Uyğunluq:
Chainway C66 batareyaları
Şarj tutumu:
Eyni anda 4 ədəd C66 batareyasının doldurulması
Giriş gərginliyi:
AC 100–240V, 50/60Hz
Çıxış gərginliyi:
DC 12V / 2A
Şarj növü:
Masaüstü multi-batareya şarj stendi
Şarj təhlükəsizliyi:
Həddindən artıq gərginlikdən, cərəyan artımından və qısaqapanmadan qorunma
Göstəricilər:
LED indikatorlar (şarj statusunun vizual göstərilməsi)
Korpus materialı:
Yüksək keyfiyyətli və davamlı plastik
İstifadə sahəsi:
Anbar, logistika, sənaye və servis mühitləri
İşləmə temperaturu:
0 °C – +40 °C
Komplektasiya:
1 × C66 MBC Cradle
1 × 12V / 2A güc adapteri
Zəmanət müddəti - 1 İl
ƏSAS MÜDDƏALAR:
ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər.
Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az” heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.
ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:
Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.
ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:
Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
Qalaqramlı blomb zədələndikdə;
Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
Məhsulun təmiri “Yoxla.az” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.).
ÇATDIRILMA QİYMƏTİ - PULSUZ!
* Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
* Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır
ÇATDIRILMA MÜDDƏTİ
Orta hesabla çatdırılma müddəti:
Bakı üzrə: 1 iş günü.
Regionlar üzrə: 2-3 iş günü.
Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.
Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.
Aldığınız avadanlığın düzgün və problemsiz istifadəyə başlanması üçün quraşdırılma və ilkin texniki dəstək xidməti tərəfimizdən təqdim olunur. Quraşdırılma prosesi yalnız təcrübəli texniki servis əməkdaşlarımız tərəfindən həyata keçirilir.
Quraşdırma xidmətinə daxildir:
1.Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi
2.Kompüter və ya digər qurğuya qoşulması
3.Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması
4.Test məqsədli işə salınma və yoxlama
5.İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi
! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildir və ayrıca xidmət olaraq təqdim olunur.