CHAINWAY C61 müasir Android əməliyyat sistemi ilə işləyən peşəkar mobil məlumat toplama terminalıdır. Logistika, anbar idarəetməsi, istehsalat, pərakəndə satış və inventar nəzarəti üçün hazırlanmış bu model yüksək performans, uzun batareya ömrü və möhkəm korpusu ilə seçilir.
Qualcomm Snapdragon 662 səkkiz nüvəli prosessoru və Android 11/13 əməliyyat sistemi sayəsində proqramlar sürətli işləyir. Qurğu isteğe bağlı 1D/2D barkod skaneri, UHF RFID, NFC, 4G LTE, Bluetooth 5.1 və Wi-Fi 6 Ready texnologiyalarını dəstəkləyir.
6700 mAh çıxarıla bilən batareyası uzunmüddətli istifadə imkanı verir. IP65 qoruma dərəcəsi və 1.8 metr hündürlükdən düşməyə davamlı korpusu sayəsində ağır iş şəraitində etibarlı işləyir.
Zəmanət - 1 il
ƏSAS MÜDDƏALAR:
ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:
ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:
ÇATDIRILMA Növü - Pulsuz çatdırılma
ÇATDIRILMA Növü - Taksi ilə çatdırılma
ÇATDIRILMA MÜDDƏTİ
Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.
Aldığınız avadanlığın düzgün və problemsiz istifadəyə başlanması üçün quraşdırılma və ilkin texniki dəstək xidməti tərəfimizdən təqdim olunur. Quraşdırılma prosesi yalnız təcrübəli texniki servis əməkdaşlarımız tərəfindən həyata keçirilir.
Quraşdırma xidmətinə daxildir:
Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi
Kompüter və ya digər qurğuya qoşulması
Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması
Test məqsədli işə salınma və yoxlama
İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi
Diqqət! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildir və ayrıca xidmət olaraq təqdim olunur.