Yoxla.az şirkəti Bakı şəhərində və Azərbaycanın digər bölgələrində kamera sistemlərinin layihələndirilməsi xidmətlərini təklif edir. Eyni zamanda bizim mağazadan aldığınız bütün böyük ölçülü məhsulların ödənişsiz olaraq çatdırılması və quraşdırılması xidmətlərini həyata keçiririk. WiFi IP kameralar vasitəsilə təhlükəsizlik mövzusunu tam əminliklə idarə edə bilər, villa, ev, ofis, anbar və istənilən başqa obyekt üzərində tam video-müşahidəni təmin etmiş olarsınız.
Qeyd etmək istərdik ki, mağazalarımıza yaxınlaşmağınız, ya da onlayn şəkildə məhsul əldə etməyinizdən asılı olmayaraq tərəfimizdən qoyulan şərtlər dəyişməz olaraq qalır. Məhsulun sizin ünvanınıza ən qısa zamanda, təhlükəsiz şəkildə çatdırılması və quraşdırılması üçün Yoxla.az ailəsi olaraq əlimizdən gələnin ən yaxşısını etməyə hər zaman hazırıq.
Müşahidə Kameralarının Layihələndirmə Şərtləri
Video nəzarət üçün müşahidə kamera sisteminin layihələndirməsi və quraşdırılması xidmətləri həftəiçi 1-5-ci günlər saat 09:00-dan 18:00-dək, şənbə günü isə 10:00-17:00 aralığında həyata keçirilir. Yoxla.az-dan əldə etdiyiniz bütün kameralara zəmanət verilir və istisaslaşmış ustalar tərəfindən yerində qoşulma xidmətləri göstərilir. Unutmayın ki, böyük obyektlərdə müşahidə kameralarının qoşulmasından öncə video-kamera sisteminin layihələndirilməsi lazımdır.