Sualınız var? Məhsullar, sifarişlər və çatdırılma ilə bağlı əlaqə saxlayın: 055 310 07 77

SERVİS

Yoxla.az şirkəti Bakı şəhərində və Azərbaycanın digər bölgələrində access control sistemlərinin (giriş-çıxışa nəzarət sistemləri) quraşdırılması xidmətlərini təklif edir. Eyni zamanda bizim mağazadan aldığınız bütün böyük ölçülü məhsulların texniki dəstəyini, habelə çatdırılması və quraşdırılması xidmətlərini həyata keçiririk. Biometrik barmaq tanıma cihazları, Standalone Access Controlar, kilidlər, smart lock (ağıllı kilit), turniket, şlaqbaum, domofon sistemləri vasitəsilə təhlükəsizlik mövzusunu əminliklə idarə edə bilər, bina, ofis, anbar və ya istənilən obyekt üzərində giriş-çıxışa nəzarəti tam təmin etmiş olarsınız.


Qeyd etmək istərdik ki, mağazalarımıza yaxınlaşmağınız, ya da onlayn şəkildə məhsul əldə etməyinizdən asılı olmayaraq tərəfimizdən qoyulan şərtlər dəyişməz qalır. Məhsulun sizin ünvanınıza ən qısa zamanda, təhlükəsiz şəkildə çatdırılması və quraşdırılması üçün Yoxla.az ailəsi olaraq əlimizdən gələnin ən yaxşısını etməyə hər zaman hazırıq.

Access Control Sistemlərinin Quraşdırılması Şərtləri
Yoxla.az-dan əldə etdiyiniz bütün access control sistemlərinə zəmanət verilir və ixtisaslaşmış ustalar tərəfindən yerində qoşulma xidmətləri göstərilir. 

Quraşdırılma işləri həftəiçi 1-5-ci günlər saat 09:00-dan 18:00-dək, şənbə günü isə 10:00-17:00 aralığında həyata keçirilir. Böyük obyektlərdə, bir neçə girişin olduğu ərazilərdə access control sisteminin quraşdırılmasından öncə layihələndirilmə lazım ola bilər.