Xprinter XP-T361U — müxtəlif biznes ehtiyacları üçün nəzərdə tutulmuş çek və barkod çap imkanına malik termal printerdir. Mağaza, market, anbar, logistika, satış nöqtələri və digər ticarət sahələrində çek, qəbz və barkod məlumatlarının çapı üçün istifadə oluna bilər.
Xprinter XP-T361U kompakt quruluşu və termal çap texnologiyası ilə mürəkkəb və kartric istifadə etmədən sürətli və rahat çap imkanı təqdim edir.
Zəmanət müddəti - 1 İl
ÇATDIRILMA QİYMƏTİ - PULSUZ!
* Pulsuz çatdırılma: 50 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur. (Metro cıxışı)
* Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır
Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.
Xprinter Printerini Etiket Rejimindən Çek Rejiminə Keçirmək Qaydası
Printeri etiket çap rejimindən çek çap rejiminə keçirmək üçün aşağıdakı addımları edin:
1. Printer söndürülmüş vəziyyətdə:
Pause düyməsini basılı saxlayın.
Düyməni buraxmadan printerin enerji düyməsini yandırın.
Printer kiçik bir mətn çap edənə qədər gözləyin.
2. Pause düyməsini buraxın
Çap olunan mətndə son söz cari çap rejimini göstərir:
LABEL — Etiket çap rejimi
RECEIPT — Çek çap rejimi
3. Rejimi dəyişmək
LABEL rejimindən RECEIPT rejiminə və ya əksinə keçmək üçün Feed düyməsini 1 dəfə basın.
Printer yeni rejim ilə yenidən mətn çap edəcək.
4. Ayarları yadda saxlamaq
Printeri söndürüb yenidən işə salın.
5. Driver quraşdırılması
Daha sonra çek rejimi üçün XP-80 driverini quraşdırmaq lazımdır. Driver səhifəsinə keçid edin.
⚠️ VACİB !
Printeri yenidən etiket çap rejiminə qaytarmaq üçün:
Printerdə mütləq LABEL rejimi seçilməlidir.
Çap əmrləri isə çek printer driveri ilə deyil, məhz etiket printer driveri vasitəsilə göndərilməlidir.
Əks halda çap zamanı anlaşılmaz simvollar və ieroqliflər çıxacaq.