İki ayrı cihaz almağa ehtiyac yoxdur – tək printerlə həm çek, həm etiket çap edin! Xprinter XP-T361U termal printeri marketlər, butiklər, apteklər, anbarlar və e-ticarət (Trendyol, Wildberries) satışları ilə məşğul olanlar üçün universal və qənaətcil həlldir. Bir toxunuşla rejimini dəyişərək həm müştəri satışı üçün çek, həm də məhsullar üçün barkod etiketləri çıxara bilərsiniz.
Mürəkkəb və ya lent (ribbon) tələb etməyən birbaşa termal çap texnologiyası ilə işləyir və əlavə xərclərinizi tamamilə aradan qaldırır. USB bağlantısı sayəsində Windows kassa və anbar proqramları ilə problemsiz şəkildə inteqrasiya olunur.
Zəmanət müddəti - 1 İl
ÇATDIRILMA QİYMƏTİ - PULSUZ!
* Pulsuz çatdırılma: 50 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur. (Metro cıxışı)
* Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır
Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.
Xprinter Printerini Etiket Rejimindən Çek Rejiminə Keçirmək Qaydası
Printeri etiket çap rejimindən çek çap rejiminə keçirmək üçün aşağıdakı addımları edin:
1. Printer söndürülmüş vəziyyətdə:
Pause düyməsini basılı saxlayın.
Düyməni buraxmadan printerin enerji düyməsini yandırın.
Printer kiçik bir mətn çap edənə qədər gözləyin.
2. Pause düyməsini buraxın
Çap olunan mətndə son söz cari çap rejimini göstərir:
LABEL — Etiket çap rejimi
RECEIPT — Çek çap rejimi
3. Rejimi dəyişmək
LABEL rejimindən RECEIPT rejiminə və ya əksinə keçmək üçün Feed düyməsini 1 dəfə basın.
Printer yeni rejim ilə yenidən mətn çap edəcək.
4. Ayarları yadda saxlamaq
Printeri söndürüb yenidən işə salın.
5. Driver quraşdırılması
Daha sonra çek rejimi üçün XP-80 driverini quraşdırmaq lazımdır. Driver səhifəsinə keçid edin.
⚠️ VACİB !
Printeri yenidən etiket çap rejiminə qaytarmaq üçün:
Printerdə mütləq LABEL rejimi seçilməlidir.
Çap əmrləri isə çek printer driveri ilə deyil, məhz etiket printer driveri vasitəsilə göndərilməlidir.
Əks halda çap zamanı anlaşılmaz simvollar və ieroqliflər çıxacaq.