TP-Link RE225BE BE3600 ən yeni Wi-Fi 7 (802.11be) texnologiyasına malik yüksək performanslı siqnal gücləndiricisidir. Ev, ofis və biznes məkanlarında Wi-Fi əhatəsini genişləndirərək internetin zəif olduğu sahələrdə sabit və yüksək sürətli bağlantı yaradır.
Dual Band texnologiyası ilə 2.4 GHz-də 688 Mbps, 5 GHz-də isə 2882 Mbps, ümumilikdə 3600 Mbps-ə qədər simsiz sürət təqdim edir. Yeni nəsil Multi-Link Operation (MLO) texnologiyası gecikməni azaldır, məlumat ötürmə sürətini artırır və əlaqənin sabitliyini yüksəldir.
EasyMesh və Smart Roaming funksiyaları sayəsində uyğun router ilə birlikdə bütün ev üzrə vahid Wi-Fi şəbəkəsi yaradır. Daxili Gigabit Ethernet portu Smart TV, oyun konsolu, kompüter, POS sistemi və digər kabel ilə qoşulan cihazların yüksək sürətlə internetə qoşulmasına imkan verir. Quraşdırılması WPS düyməsi və TP-Link Tether tətbiqi vasitəsilə cəmi bir neçə dəqiqə çəkir.
Alınma Tarixindən hesablanaraq - 12 aydır.
ÇATDIRILMA ŞƏRTLƏRİ
* Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur. (Metro cıxışı)
* Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır
Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.