Ruijie RG-WALL 1600-Z5100-S müəssisələr, SMB, məktəblər, xəstəxanalar, dövlət qurumları və data mərkəzləri üçün nəzərdə tutulmuş yeni nəsil NGFW (Next-Generation Firewall) təhlükəsizlik cihazıdır. Yüksək performans, çevik təhlükəsizlik siyasətləri və cloud idarəetmə imkanlarını bir platformada birləşdirir.
Firewall maksimum 15 Gbps IPv4 ötürmə qabiliyyətinə, 2.3 Mpps packet forwarding göstəricisinə və 1.000.000-a qədər paralel TCP sessiyasına dəstək verir. 4×10GE SFP+ portu yüksək sürətli backbone və server bağlantıları üçün əlverişlidir.
RG-WALL 1600-Z5100-S üçün təhlükəsizlik imkanlarına IPS, Antivirus, Threat Intelligence, Application Control və URL Filtering daxildir. Application Control 7200-dən çox tətbiqi tanıya bilir, IPS kitabxanası isə 15.000-dən çox təhlükə imzasını əhatə edir.
Cihaz SSL VPN və IPsec VPN, VLAN, IPv4/IPv6 routing, Policy-Based Routing (PBR), load balancing və yüksək əlçatanlıq üçün VRRP/redundant deployment imkanlarını dəstəkləyir.
Cloud idarəetmə sayəsində firewall siyasətlərini uzaqdan konfiqurasiya etmək, firmware yeniləmələrini həyata keçirmək və şəbəkə problemlərinin diaqnostikasını daha rahat aparmaq mümkündür.
Alınma Tarixindən hesablanaraq - 12 aydır.
ÇATDIRILMA ŞƏRTLƏRİ
* Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur. (Metro cıxışı)
* Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır
Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.