Sualınız var? Məhsullar, sifarişlər və çatdırılma ilə bağlı əlaqə saxlayın: 055 310 07 77

Məhsul Haqqında

IP CAM UNIVIEW IPC2124LB-SF40KM-G

₼ 95.00
Stokda var
  • Məhsul haqqında:

    Yüksək Təhlükəsizlik, Ağıllı Nəzarət!

    UNIVIEW IPC2124LB-SF40KM-G — 4MP Peşəkar IP Kamera

    Təhlükəsizliyinizə ciddi yanaşın! Ofis, ev, anbar, mağaza və obyektləriniz üçün etibarlı və davamlı nəzarət sistemi axtarırsınızsa, Uniview-in bu modeli tam sizə görədir!


    ✅ 4 MP Yüksək Çözünürlük – Aydın, detallı və peşəkar görüntülərlə təhlükəsizlik nəzarətiniz güclənsin.
    🌙 30m Smart IR Gecə Görüşü – Qaranlıqda belə hər detal görünür!
    🌦️ IP67 Suya və Toza Davamlı – Açıq havada istənilən hava şəraitində etibarlı işləyir.
    📡 PoE Texnologiyası – Tək kabel ilə enerji və bağlantı – daha az xərclə, daha çox rahatlıq.
    💾 MicroSD Kart Dəstəyi (128GB-a qədər) – Video qeyd imkanları daxili yaddaşla təmin olunur.
    🔍 4.0 mm Lens – İdeal müşahidə bucağı ilə obyektləri itirmədən izləyin.


    🎯 Kameranı quraşdır – rahatlıqla izləməyə başla!
    📍 İstər ev, istər iş yeri — tam uyğun seçim!

    📞 Əlaqə: [0553100777]
    📦 Çatdırılma + Quraşdırma mövcuddur!
    💬 Bizimlə əlaqə saxlayın — sizə ən uyğun sistemi seçək!

    Məhsul Rəngi:

    color 1

    Məhsul Sayı:

    Məhsulu Paylaş:

    Sensor / Görüntü çözünürlüğü 4 MP, 2560×1440 piksel
    Lens (Fokus məsafəsi) 4.0 mm, sabit fokus (fixed focal), F2.0
    Görmə bucağı (Horizontal / Vertical / Diagonal) Horizontal ~79°, Vertical ~42.3°, Diagonal ~85.1°
    Gün / gecə rejimi IR‑kəsici filter (ICR) ilə avtomatik rejim; gecə infraqırmızı işıqlandırma (Smart IR) — 30 metrə qədər IR məsafə
    Minimum işıq səviyyəsi Rəng rejimində ~0.01 Lux (F2.0, AGC ON); IR aktiv olduqda 0 Lux
    Video sıxılma formatları Ultra‑265, H.265, H.264, MJPEG
    Şəbəkə novu / Şəbəkə Özəllikləri RJ‑45 10/100 Mbps, PoE (Power over Ethernet), microSD karta dəstək (up to 128 GB); şəbəkə protokolları: ONVIF, API və s.
    Video axını / Frame dərəcəsi Əsas axın: 4 MP @ ~25 fps; həmçinin 3 MP, 1080p, 720p kimi daha aşağı rezolyusiyalarda da 30 fps mümkündür
    DORI (Detect / Observe / Recognize / Identify) məsafələri Detect ~90 m, Observe ~36 m, Recognize ~18 m, Identify ~9 m
    Bədən / korpus və müdafiə Bullet tip, metal korpus; qoruma: IP67 – toz və suya qarşı; həmçinin 4KV keçid qoruması (surge protection)
    Enerji tələbatı 12 V DC və ya PoE; güc sərfi təxminən 5.5‑7 W (istehsalçıdan asılı olaraq)
    Temperatur / İşləmə mühiti İşləmə temperaturu: −30 °C … +60 °C; rütubət ≤ 95% (qondensasiya olmadan)
    Ölçülər / Çəki Ölçülər ~165 × 63 × 62 mm; çəki ~0.39 kg

    Zəmanət - 2 İl

    ƏSAS MÜDDƏALAR:

    • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
    • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
    • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
    • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
    • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
    • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
    • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
    • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
    • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
    • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

    ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

    • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
    • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

    • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
    • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
    • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
    • Qalaqramlı blomb zədələndikdə;
    • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
    • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
    • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.)

    ÇATDIRILMA QİYMƏTİ - Pulsuz!

    • Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
    • Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı
      şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır.

     

    ÇATDIRILMA MÜDDƏTİ

    Orta hesabla çatdırılma müddəti:

    • Bakı üzrə: 1 iş günü.
    • Regionlar üzrə: 2-3 iş günü.
    • Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.

    Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.

    Quraşdırılma və Servis:

    Aldığınız avadanlığın düzgün və problemsiz istifadəyə başlanması üçün quraşdırılma və ilkin texniki dəstək xidməti tərəfimizdən təqdim olunur. Quraşdırılma prosesi yalnız təcrübəli texniki servis əməkdaşlarımız tərəfindən həyata keçirilir.
     

    Quraşdırma xidmətinə daxildir:

    1. Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi
    2. Kompüter və ya digər qurğuya qoşulması
    3. Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması
    4. Test məqsədli işə salınma və yoxlama
    5. İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi

     

    Diqqət! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildirayrıca xidmət olaraq təqdim olunur.