Sualınız var? Məhsullar, sifarişlər və çatdırılma ilə bağlı əlaqə saxlayın: 055 310 07 77

Məhsul Haqqında

IP CAM UNIVIEW IPC2122LB-ADF28KM-G

₼ 80.00
Stokda var
  • Məhsul haqqında:

    Təhlükəsizliyiniz üçün Ən Yüksək Keyfiyyət — Uniview IPC2122LB-ADF28KM-G!

    🔹 Geniş bucaq, hər küncə tam nəzarət!
    2.8mm lens və 112°-dən çox baxış bucağı ilə ən geniş sahələri izləyin.

    🔹 2MP FULL HD görüntü keyfiyyəti!
    Kristal təmiz və aydın görüntü ilə heç bir detalı qaçırmayın.

    🔹 Gecə də aydın, gündüz də parlaq!
    30 metrə qədər rəngli gecə görmə və 120dB WDR ilə hər şəraitdə mükəmməl görüntü.

    🔹 Ağıllı hərəkət aşkarlama & daxili mikrofon!
    Təhlükəsizliyiniz üçün ən kiçik şübhəli hərəkətləri dərhal aşkar edir və səslə xəbər verir.

    🔹 IP67 sertifikatlı, sərt hava şəraitinə davamlı!
    Yağış, toz, qarlı hava — heç bir maneə sizin təhlükəsizliyinizi pozmasın.

    🔹 PoE dəstəyi ilə asan quraşdırma!
    Bir kabel ilə həm enerji, həm də görüntü ötürülməsi.


    İndi alın, rahatlıqla qorunun!
    Uniview IPC2122LB-ADF28KM-G – etibarlı və smart təhlükəsizlik həlli!

    Məhsul Rəngi:

    color 1

    Məhsul Sayı:

    Məhsulu Paylaş:

    Əsas Xüsusiyyətlər

    • 2MP CMOS Sensor: Günəş işığında və qaranlıqda yüksək keyfiyyətli görüntü təmin edir.

    • 2.8mm Sabit Lens: 112.9° üfüqi, 59.1° şaquli və 121.2° ümumi baxış bucağı ilə geniş sahələri izləyir.

    • 30m IR Gecə Görmə: 0.01 lux işıq şəraitində rəngli görüntü və 0 lux IR ilə tam qaranlıqda belə aydın görüntü əldə edilir.

    • 120dB WDR Texnologiyası: Güclü işıq şəraitində belə balanslaşdırılmış və aydın görüntü təmin edir.

    • IP67 Sertifikatı: Toz və suya qarşı yüksək dayanıqlılıq, açıq havada etibarlı işləmə.

    • PoE və DC 12V Dəstəyi: Asan quraşdırma və enerji təchizatı seçimləri.

    • MicroSD Yaddaş Dəstəyi: 128GB-a qədər yaddaş kartı ilə lokal qeydiyyat imkanı.

    • Daxili Mikrofon: Səsli qeydiyyat və xəbərdarlıq funksiyası.


    Zəmanət - 2 İl

    ƏSAS MÜDDƏALAR:

    • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
    • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
    • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
    • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
    • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
    • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
    • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
    • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
    • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
    • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

    ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

    • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
    • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

    • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
    • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
    • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
    • Qalaqramlı blomb zədələndikdə;
    • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
    • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
    • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.)

    ÇATDIRILMA Növü - Pulsuz çatdırılma

    • Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
    • Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı
      şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır.
       

    ÇATDIRILMA Növü - Taksi ilə çatdırılma

    • Taksi ilə çatdırılma: Məbləğdən asılı olmayaraq sifarişlər üçün mövcuddur.
    • Məhsulun göndərişi satıcı tərəfindən həyata kecirilir. 
    • Taksi sifarişi və ödəniş müştərinin hesabınadır. 
    • Ərazi olaraq Bakı ərazisinə aiddir. 
       

    ÇATDIRILMA MÜDDƏTİ

    • Bakı üzrə: Sifarişin rəsmiləşdirilmə anından etibarən 2 saat ərzində çatdırılır.
    • Regionlar üzrə: 1-2 iş günü.
    • Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.

    Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.

    Aldığınız avadanlığın düzgün və problemsiz istifadəyə başlanması üçün quraşdırılma və ilkin texniki dəstək xidməti tərəfimizdən təqdim olunur. Quraşdırılma prosesi yalnız təcrübəli texniki servis əməkdaşlarımız tərəfindən həyata keçirilir.

    Quraşdırma xidmətinə daxildir:

    1. Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi

    2. Kompüter və ya digər qurğuya qoşulması

    3. Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması

    4. Test məqsədli işə salınma və yoxlama

    5. İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi

    Diqqət! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildirayrıca xidmət olaraq təqdim olunur.