Məhsul Haqqında

YENİ

Dahua DHI-ITC413-PW4D-Z3 4MP Smart ANPR Giriş-Çıxış və Nömrə Oxuma IP Kamerası

₼ 1200.00
Məhsul mövcüddur
  • Məhsul haqqında:

    Dahua Technology tərəfindən xüsusi olaraq parkinqlər, şlaqbaum keçid məntəqələri və ağıllı keçid sistemləri üçün istehsal edilmiş Dahua DHI-ITC413-PW4D-Z3 IP kamerası, yüksək dəqiqlikli nömrə tanıma (ANPR) funksiyasını təqdim edir. 4 MP (2688 × 1520) təsvir ölçüsü sayəsində hər bir detalı aydın şəkildə qeydə alır.

    Önə Çıxan Əsas Üstünlüklər və AI Funksiyaları:

    • Süni İntellekt (Deep Learning): Avtomobillərin dövlət qeydiyyat nişanlarını (nömrələrini), rənglərini, markalarını və hərəkət istiqamətlərini 99%-ə qədər dəqiqliklə analiz edir.
    • Motorizə Olunmuş Varifokal Linza: 8 mm-dən 32 mm-ə qədər dəyişən fokus məsafəsi ilə uzaq məsafədəki avtomobilləri belə rahatlıqla hədəfə alır.
    • Ağ İşıq və İQ İşıqlandırma (Dual Light): Qaranlıq vaxtlarda parlaq LED və IR işıqlandırma sayəsində (60 metrə qədər) nömrələrin üzərindəki parıltını (glare) yox edir və təmiz təsvir təqdim edir.
    • Daxili Şlaqbaum İdarəetməsi (Relay Output): Kamera nömrəni oxuduqdan sonra birbaşa ağ siyahı (White List) və qara siyahı (Black List) əsasında şlaqbaumu avtomatik aça bilir.
    • Hava Şəraitinə Dözümlülük: IP67 və IK10 sertifikatları ilə həm suya, həm də vandallığa qarşı tam qorumalıdır.

    Məhsul Rəngi:

    color 1

    Məhsul Sayı:

    Paylaş:

    • Matris (Sensor): 1/1.8" 4 Megapixel progressive scan CMOS
    • Maksimum Rezolusiya: 4MP (2688 × 1520) @ 25/30 fps
    • Obyektiv (Linza): 8 mm – 32 mm motorlu-varifokal (4x optik zoom)
    • Gecə Görüntüsü / İşıqlandırma: Dual Illuminators (730 nm İQ işığı / İsti ağ LED)
    • İşıqlandırma Məsafəsi: ANPR zonası: 20 m | Videonəzarət zonası: 60 m
    • Maksimum Sürət Həddi: 120 km/saat-a qədər hərəkət edən nəqliyyat vasitələri
    • ANPR Dəqiqliyi: Çəkiliş (Capture) ≥ 99% | Tanıma (Recognition) ≥ 96%
    • İntellektual Analitika (AI): 147 Avtomobil loqosu, 12 rəng, 10 nəqliyyat növü tanıma
    • Yaddaş Siyahısı (Daxili): 110,000 Ağ (Allow) və Qara (Block) siyahı dəstəyi
    • Geniş Dinamik Diapazon: 140 dB WDR (İşıq korlanmasının qarşısını almaq üçün)
    • Audio İnterfeys: Daxili mikrafon və daxili dinamik (Spiker)
    • Həyəcan Siqnalı (Deterrence): Qırmızı/Göy xəbərdarlıq işığı və səsli daxili siren
    • Şəbəkə / Qoşulma: 1 × RJ-45 (10/100/1000 Mbps), Wiegand 26-bit, RS-485
    • Həyəcan Giriş/Çıxışı: 2 Giriş / 2 Çıxış (Şlaqbaum və qapı idarəetməsi üçün relay)
    • Daxili Yaddaş: MicroSD kart dəstəyi (maksimum 256 GB)
    • Müdafiə Klassı: IP67 (Su və toz keçirməz) | IK10 (Vandalizmə davamlı)
    • Qidalanma: 12 VDC / PoE (802.3at) | Maksimum enerji sərfi: 20W

    Rəsmi zəmanət müddəti – 1 İl

    ƏSAS ŞƏRTLƏR

    Zəmanət müddəti ərzində satın alınmış məhsulun zəmanət şərtlərinə uyğun nasazlığı aşkar edildikdə, məhsulun pulsuz təmiri təmin edilir.
    Zəmanət müddəti məhsulun satın alındığı zaman bildirilir və Zəmanət Talonunda qeyd olunur.
    Zəmanət müddəti məhsulun satın alındığı tarixdən etibarən başlayır.
    Zəmanət müddəti ərzində istehsalçı qüsuru aşkar edildikdə, məhsul Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq yoxlanılması və təmiri üçün Texniki Servis Mərkəzinə qəbul edilir.
    Təmir üçün təqdim olunan məhsul tam komplektdə, ilkin vəziyyətdə və daxili texniki xüsusiyyətlərinə uyğun olmalıdır.
    Zəmanət xidməti yalnız Zəmanət Talonunda adı qeyd olunan şəxsə və şəxsiyyətini təsdiq edən sənəd təqdim edildiyi halda göstərilir.
    Təmir müddəti 2–14 iş günü təşkil edə bilər. Təmir üçün istehsalçıdan ehtiyat hissələrinin sifariş edilməsi tələb olunduqda bu müddət uzadıla bilər. Müddətin uzadılması Servis Aktı vasitəsilə razılaşdırılır.
    Nasaz hissələrin dəyişdirilməsi zəmanət müddətinin yenidən başlamasına və ya uzadılmasına səbəb olmur.
    Zəmanət təmiri müddətində məhsul müvəqqəti olaraq başqa məhsulla əvəz edilmir.
    İstehlakçının təqsiri nəticəsində yaranmış nasazlıqlar zəmanət çərçivəsinə daxil deyil və belə hallarda təmir ödənişli əsaslarla həyata keçirilir.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNUR:
    Nasazlıq istehsalçı qüsuru nəticəsində yaranmışdırsa;
    Nasazlıq zəmanət müddəti ərzində aşkar edilmişdirsə.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNMUR:
    İstehlakçının təqsiri nəticəsində yaranmış mexaniki zədələnmələr və ya digər nasazlıqlar;
    Məhsuldan düzgün istifadə edilməməsi, düzgün saxlanılmaması və ya daşınmaması;
    Təhlükəsizlik qaydalarına əməl edilməməsi;
    Elektrik gərginliyində yaranan problemlər və ya normadan kənar enerji təchizatı;
    Məhsulun içinə və ya üzərinə yad cisimlərin düşməsi;
    Yanğın, su basması, təbii fəlakət və digər fors-major hallar;
    İcazəsiz təmir və ya məhsula müdaxilə cəhdləri;
    IMEI və ya seriya nömrələrinin uyğun gəlməməsi, dəyişdirilməsi, silinməsi və ya zədələnməsi;
    Zəmanət Talonunun və ya alış-verişi təsdiq edən sənədin təqdim edilməməsi;
    Məhsul üzərində olan qoruyucu möhürlərin və ya plombların zədələnməsi;
    Lisenziyasız proqram təminatı, viruslar və ya üçüncü tərəf proqramları nəticəsində yaranan nasazlıqlar;
    Təmirin rəsmi Texniki Servis Mərkəzində aparılmaması və ya məhsula qeyri-peşəkar müdaxilə əlamətlərinin aşkar olunması;
    İstehlak materiallarının və ya hissələrin (soyuducu/fan, enerji bloku, batareya, akkumulyator və s.) zədələnməsi və ya dəyişdirilməsi.

    Qeyd: Məhsulun zəmanət şərtlərinə uyğunluğu Texniki Servis Mərkəzinin yoxlaması əsasında müəyyən edilir.
     

    ÇATDIRILMA ŞƏRTLƏRİ

    * Pulsuz çatdırılma: 300 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur.
    * Göstərilən məbləğdən aşağı sifarişlər Kuryer ilə çatdırılır.
    Çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır

    Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.

    Datasheet

    Yüklə