Məhsul Haqqında

UNV POE SWITCH NSW3000-8T2GTPOE-IN (Cloud Managed Low Power)

Məhsul haqqında:

UNV NSW3000-8T2GT-POE-IN müasir IP kamera, təhlükəsizlik və şəbəkə sistemləri üçün nəzərdə tutulmuş Cloud Managed Ethernet PoE Switch modelidir. Switch 8 ədəd 10/100 Mbps PoE portu və yüksək sürətli bağlantı üçün 2 ədəd Gigabit RJ45 uplink portu ilə təchiz olunub.

Cihazın 120W ümumi PoE güc büdcəsi və hər port üçün maksimum 30W PoE çıxışı IP kameralar, access pointlər və digər PoE cihazlarının enerji ilə təmin edilməsinə imkan verir. Cloud və Web idarəetmə imkanları sayəsində şəbəkəni uzaqdan izləmək, cihazların vəziyyətini yoxlamaq və PoE portlarını idarə etmək mümkündür.

Extend Mode funksiyası uyğun şəraitdə standart şəbəkə kabeli vasitəsilə enerji və məlumat ötürülməsini 250 metrə qədər genişləndirə bilir. Fanless, tam metal korpus isə cihazın səssiz və etibarlı işləməsinə kömək edir. UNV NSW3000 seriyası mağazalar, ofislər, müəssisələr və CCTV müşahidə sistemləri üçün praktik seçimdir.

  • 8 × 10/100 Mbps PoE RJ45 portu
  • 2 × Gigabit RJ45 Uplink portu
  • 120W ümumi PoE güc büdcəsi
  • Hər PoE port üçün maksimum 30W güc
  • IEEE 802.3af / 802.3at dəstəyi
  • Cloud, Web və proqram vasitəsilə idarəetmə
  • 250 metrə qədər Extend Mode
  • PoE portlarını uzaqdan aktiv/deaktiv və restart etmək imkanı
  • Şəbəkə topologiyasının və qoşulmuş cihazların izlənməsi
  • Port prioriteti və anormal port xəbərdarlıqları
  • Fanless, səssiz işləmə
  • Dayanıqlı tam metal korpus

Məhsul Rəngi:

color 1

Məhsul Sayı:

Paylaş:

Model UNV NSW3000-8T2GT-POE-IN
PoE Portları 8 × 10/100 Mbps RJ45
Uplink Portları 2 × Gigabit RJ45
PoE Standartı IEEE 802.3af / IEEE 802.3at
Maksimum PoE Gücü 120W
Bir Port üçün PoE Maksimum 30W
Switching Capacity 5.6 Gbps
Forwarding Performance 4.17 Mpps
MAC Address Table 4K
Extend Mode 250 metrə qədər
Qidalanma AC 100–240V, 50/60Hz
Maksimum Enerji Sərfiyyatı 130W
Soyutma Fansız
Ölçülər 169 × 132 × 40 mm
Çəki 0.67 kq

Zəmanət - 1 il

ƏSAS MÜDDƏALAR:

  • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
  • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
  • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
  • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
  • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
  • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
  • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
  • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
  • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
  • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

  • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
  • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

  • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
  • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
  • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
  • Qalaqramlı blomb zədələndikdə;
  • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
  • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
  • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.).

ÇATDIRILMA Növü - Pulsuz çatdırılma

  • Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
  • Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı
    şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır.
     

ÇATDIRILMA Növü - Taksi ilə çatdırılma

  • Taksi ilə çatdırılma: Məbləğdən asılı olmayaraq sifarişlər üçün mövcuddur.
  • Məhsulun göndərişi satıcı tərəfindən həyata kecirilir. 
  • Taksi sifarişi və ödəniş müştərinin hesabınadır. 
  • Ərazi olaraq Bakı ərazisinə aiddir. 
     

ÇATDIRILMA MÜDDƏTİ

  • Bakı üzrə: Sifarişin rəsmiləşdirilmə anından etibarən 2 saat ərzində çatdırılır.
  • Regionlar üzrə: 1-2 iş günü.
  • Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.

Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.

Quraşdırılma və Servis:

Aldığınız avadanlığın düzgün və problemsiz istifadəyə başlanması üçün quraşdırılma və ilkin texniki dəstək xidməti tərəfimizdən təqdim olunur. Quraşdırılma prosesi yalnız təcrübəli texniki servis əməkdaşlarımız tərəfindən həyata keçirilir.
 

Quraşdırma xidmətinə daxildir:

  1. Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi
  2. Kompüter və ya digər qurğuya qoşulması
  3. Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması
  4. Test məqsədli işə salınma və yoxlama
  5. İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi

 

Diqqət! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildirayrıca xidmət olaraq təqdim olunur.