TP-Link TL-WR841HP 300 Mbit/s Wi-Fi Router geniş simsiz internet əhatə dairəsinə ehtiyacı olan istifadəçilər üçün hazırlanmış güclü və etibarlı routerdir. Yüksək güclü ötürücü və antenalar sayəsində Wi-Fi siqnalının daha geniş sahəyə yayılmasına kömək edir.
Router 2.4 GHz diapazonunda 300 Mbit/s-ə qədər nəzəri simsiz sürət təqdim edir. Bu sürət gündəlik internet istifadəsi, sosial şəbəkələr, onlayn video izləmə, e-poçt və digər standart internet fəaliyyətləri üçün əlverişlidir.
TP-Link TL-WR841HP evlər, kiçik ofislər, mağazalar və Wi-Fi siqnalının daha uzaq məsafəyə çatdırılmasının vacib olduğu məkanlar üçün uyğun seçimdir. Routerdə mövcud olan 2 xarici antena daha yaxşı simsiz əhatə dairəsi yaratmağa kömək edir.
Cihaz həmçinin Router, Access Point və Range Extender rejimlərini dəstəkləyərək müxtəlif şəbəkə ehtiyaclarına uyğun istifadə imkanı yaradır.
Rəsmi zəmanət müddəti – 1 İl
ƏSAS ŞƏRTLƏR
Zəmanət müddəti ərzində satın alınmış məhsulun zəmanət şərtlərinə uyğun nasazlığı aşkar edildikdə, məhsulun pulsuz təmiri təmin edilir.
Zəmanət müddəti məhsulun satın alındığı zaman bildirilir və Zəmanət Talonunda qeyd olunur.
Zəmanət müddəti məhsulun satın alındığı tarixdən etibarən başlayır.
Zəmanət müddəti ərzində istehsalçı qüsuru aşkar edildikdə, məhsul Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq yoxlanılması və təmiri üçün Texniki Servis Mərkəzinə qəbul edilir.
Təmir üçün təqdim olunan məhsul tam komplektdə, ilkin vəziyyətdə və daxili texniki xüsusiyyətlərinə uyğun olmalıdır.
Zəmanət xidməti yalnız Zəmanət Talonunda adı qeyd olunan şəxsə və şəxsiyyətini təsdiq edən sənəd təqdim edildiyi halda göstərilir.
Təmir müddəti 2–14 iş günü təşkil edə bilər. Təmir üçün istehsalçıdan ehtiyat hissələrinin sifariş edilməsi tələb olunduqda bu müddət uzadıla bilər. Müddətin uzadılması Servis Aktı vasitəsilə razılaşdırılır.
Nasaz hissələrin dəyişdirilməsi zəmanət müddətinin yenidən başlamasına və ya uzadılmasına səbəb olmur.
Zəmanət təmiri müddətində məhsul müvəqqəti olaraq başqa məhsulla əvəz edilmir.
İstehlakçının təqsiri nəticəsində yaranmış nasazlıqlar zəmanət çərçivəsinə daxil deyil və belə hallarda təmir ödənişli əsaslarla həyata keçirilir.
ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNUR:
Nasazlıq istehsalçı qüsuru nəticəsində yaranmışdırsa;
Nasazlıq zəmanət müddəti ərzində aşkar edilmişdirsə.
ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNMUR:
İstehlakçının təqsiri nəticəsində yaranmış mexaniki zədələnmələr və ya digər nasazlıqlar;
Məhsuldan düzgün istifadə edilməməsi, düzgün saxlanılmaması və ya daşınmaması;
Təhlükəsizlik qaydalarına əməl edilməməsi;
Elektrik gərginliyində yaranan problemlər və ya normadan kənar enerji təchizatı;
Məhsulun içinə və ya üzərinə yad cisimlərin düşməsi;
Yanğın, su basması, təbii fəlakət və digər fors-major hallar;
İcazəsiz təmir və ya məhsula müdaxilə cəhdləri;
IMEI və ya seriya nömrələrinin uyğun gəlməməsi, dəyişdirilməsi, silinməsi və ya zədələnməsi;
Zəmanət Talonunun və ya alış-verişi təsdiq edən sənədin təqdim edilməməsi;
Məhsul üzərində olan qoruyucu möhürlərin və ya plombların zədələnməsi;
Lisenziyasız proqram təminatı, viruslar və ya üçüncü tərəf proqramları nəticəsində yaranan nasazlıqlar;
Təmirin rəsmi Texniki Servis Mərkəzində aparılmaması və ya məhsula qeyri-peşəkar müdaxilə əlamətlərinin aşkar olunması;
İstehlak materiallarının və ya hissələrin (soyuducu/fan, enerji bloku, batareya, akkumulyator və s.) zədələnməsi və ya dəyişdirilməsi.
Qeyd: Məhsulun zəmanət şərtlərinə uyğunluğu Texniki Servis Mərkəzinin yoxlaması əsasında müəyyən edilir.
ÇATDIRILMA ŞƏRTLƏRİ
* Pulsuz çatdırılma: 300 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur.
* Göstərilən məbləğdən aşağı sifarişlər Kuryer ilə çatdırılır.
Çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır
Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.