Sualınız var? Məhsullar, sifarişlər və çatdırılma ilə bağlı əlaqə saxlayın: 055 310 07 77

Məhsul Haqqında

Məhdud sayda

MONITOR SKYTECH STV19H 19"

₼ 60.00
Stokda var
  • Məhsul haqqında:

    Monitor SKYTECH STV19H 19" — gündəlik ofis və ev istifadəsi üçün nəzərdə tutulmuş kompakt və etibarlı monitordur. Aydın görüntü, stabil işləmə və sadə dizaynı ilə kassa sistemləri, ofis proqramları və ümumi istifadə üçün uyğundur. Enerji səmərəli quruluşu uzunmüddətli istifadə üçün rahat həll təqdim edir.

    Məhsul Rəngi:

    color 1

    Məhsul Sayı:

    Məhsulu Paylaş:

    • Ekran Ölçüsü: 19 düym

    • Panel Tipi: TN (Twisted Nematic) LED / TFT

    • Qətnamə (resolution): Təxminən 1440 × 900 və ya 1366 × 768 px (mənbələr fərqli göstərə bilər)

    • Yenilənmə Sürəti (Refresh rate): 75 Hz (əməliyyat zamanı) və ya 60 Hz (bəzi mənbələrdə)

    • Parlaqlıq (Brightness): 250 cd/m²

    • Rəng Dəstəyi: 16.7 milyon rəng

    • Aspekt Nisbəti: 16:9

    • Parlaqlıq və Panel Növü: TN, 250 cd/m²

    Zəmanət - 1 İL

    ƏSAS MÜDDƏALAR:

    • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
    • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
    • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
    • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
    • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
    • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
    • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
    • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
    • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
    • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

    ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

    • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
    • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

    • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
    • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
    • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
    • Qalaqramlı blomb zədələndikdə;
    • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
    • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
    • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.).

     

    Quraşdırma xidmətinə daxildir:

    1. Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi
    2. Kompüter və ya digər qurğuya qoşulması
    3. Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması
    4. Test məqsədli işə salınma və yoxlama
    5. İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi

     

    Diqqət! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildirayrıca xidmət olaraq təqdim olunur.

     

    Quraşdırma xidmətinə daxildir:

    1. Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi
    2. Kompüter və ya digər qurğuya qoşulması
    3. Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması
    4. Test məqsədli işə salınma və yoxlama
    5. İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi

     

    Diqqət! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildirayrıca xidmət olaraq təqdim olunur.