+994553100777 info@yoxla.az

Məhsul Haqqında

IP CAM UNIVIEW IPC2124LE-ADF28KMC-WL

₼ 130.97

Stokda var

  • Məhsul haqqında:

    UNIVIEW IPC2124LE-ADF28KMC-WL — Peşəkar IP Kamera ilə Təhlükəsizlik Nəzarətini Gücləndirin!

    Ofis, ev və obyektləriniz üçün ağıllı nəzarət sistemi axtarırsınızsa, Uniview-in bu 4MP IP kamerası gün və gecə 24/7 effektiv görüntü ilə ən doğru seçimdir.

    ✅ 4MP Full HD görüntü – yüksək keyfiyyətli və detallı görüntülər
    🌙 30 metr IR və White LED gecə görməsi – həm infraqırmızı, həm ağ işıq ilə qaranlıqda maksimum aydınlıq
    🎤 Daxili mikrofon və spiker – iki tərəfli səsli əlaqə və səslə xəbərdarlıq imkanı
    🌧 IP67 suya və toza davamlı – istər yağış, istər tozlu hava, kamera öz işini görəcək
    📡 PoE dəstəyi – tək kabel ilə enerji və bağlantı, montaj xərcləriniz azalsın
    💾 MicroSD yaddaş dəstəyi (128 GB) – video yazılar üçün daxili yaddaş
    🧠 Smart görüntü texnologiyaları: WDR, DNR, ROI – aydın və balanslı görüntü hər şəraitdə

    📍 İstənilən məkan üçün ideal: Ev | Ofis | Mağaza | Anbar | Qaraj

    📞 Əlaqə saxlayın: [0553100777]
    🚚 Çatdırılma və professional quraşdırma mümkündür!

    Məhsul Rəngi:

    color 1

    Say:

    Paylaş:

    Model / Seriya Uniview IPC2124LE‑ADF28KMC‑WL / EasyStar (ColorHunter) series
    Sensor 1/3″ CMOS, progressive scan
    Çözünürlük & Frame Rate 4 MP (2688×1520) @ 25/20 fps; 4 MP (2560×1440) @ 25/20 fps; 3 MP (2304×1296) @30/25 fps; 1080p @ 30/25 fps
    Lens / Fokus məsafəsi Sabit lens (Fixed), 2.8 mm, F1.6
    Minimum işıqlandırma Rəngli rejimdə ~0.003 Lux (F1.6, AGC ON); gecə / işıqla birlikdə 0 Lux – White Light aktiv olduqda
    IR / Ağ işıq məsafəsi IR gecə görməsi — 30 m; Ağ işıq (white light) — 30 m
    Sıxılma formatları Ultra 265, H.265, H.264, MJPEG
    WDR (Wide Dynamic Range) 120 dB real WDR, yaxşı kontrastlı/aydın görüntü üçün güclü işıq fərqi olan sahələrdə təsirin yaxşılaşdırılması üçün
    Audio Daxili mikrofon və spiker (iki tərəfli audio/səs çıxışı/səsli xəbərdarlıqlar mümkün)
    Saxlama MicroSD kart dəstəyi — ~128 GB; həmçinin şəbəkə yaddaşı (NAS, ANR və s.)
    Qoruma / Muhit müqaviməti IP67 (suya və toza qarşı qorunma); iş temperaturu −30°C … +60°C; metal korpus; 4KV surge protection (elektrik keçidləri qoruması)
    Enerji tələbləri DC 12 V və ya PoE (IEEE 802.3af)
    Ölçü / Çəki Təxminən 191 × 75 × 74 mm; çəkisi ~0.41 kg

    Zəmanət - 2 İl

    ƏSAS MÜDDƏALAR:

    • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
    • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
    • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
    • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
    • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
    • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
    • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
    • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
    • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
    • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

    ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

    • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
    • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

    • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
    • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
    • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
    • Qalaqramlı blomb zədələndikdə;
    • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
    • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
    • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.)

    ÇATDIRILMA QİYMƏTİ - Pulsuz!

    • Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
    • Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı
      şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır.

     

    ÇATDIRILMA MÜDDƏTİ

    Orta hesabla çatdırılma müddəti:

    • Bakı üzrə: 1 iş günü.
    • Regionlar üzrə: 2-3 iş günü.
    • Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.

    Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.