Məhsul Haqqında

FACE RECOGNATION UNV OET-251H-M 4 inch

₼ 345.00
Məhsul mövcüddur
  • Məhsul haqqında:

    UniView OET-251H-M Üz Tanıma Giriş Nəzarət Terminalı

    UniView OET-251H-M yüksək performanslı üz tanıma giriş nəzarət terminalıdır. Təhlükəsiz, sürətli və toxunmadan giriş idarəetməsi üçün hazırlanıb. Qabaqcıl süni intellekt alqoritmləri, biometrik identifikasiyanın yüksək sürəti və müxtəlif mühitlərə uyğunlaşma qabiliyyəti sayəsində ofislər, məktəblər, xəstəxanalar, fabriklər, yaşayış binaları və etibarlı identifikasiya tələb olunan bütün obyektlər üçün ideal seçimdir.

    Məhsul Rəngi:

    color 1

    Məhsul Sayı:

    Paylaş:

    • Ekran: 7" kapasitif toxunma ekran
    • Üz tanıma məsafəsi: təxminən 0.3 – 2 metr
    • Tanıma sürəti: 200 millisaniyədən az
    • Kamera: İkili linzalı (İQ + görünən işıq)
    • Yaddaş: Minlərlə üz profilini dəstəkləyir
    • Bağlantı: TCP/IP, Wi-Fi (opsional), Wiegand, RS485
    • Səs: Status bildirişləri üçün daxili dinamik
    • Quraşdırma: Divara və ya turniket üzərinə montaj
    • İşləmə temperaturu: Geniş temperatur diapazonuna uyğun
    • Qidalanma: Standart DC giriş (modelə görə dəyişir)

    Zəmanət - 2 İL

    ƏSAS MÜDDƏALAR:

    • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
    • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
    • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
    • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
    • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
    • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
    • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
    • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
    • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
    • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

    ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

    • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
    • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

    • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
    • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
    • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
    • Qalaqramlı blomb zədələndikdə;
    • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
    • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
    • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.).

    ÇATDIRILMA Növü - Pulsuz çatdırılma

    • Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
    • Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı
      şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır.
       

    ÇATDIRILMA Növü - Taksi ilə çatdırılma

    • Taksi ilə çatdırılma: Məbləğdən asılı olmayaraq sifarişlər üçün mövcuddur.
    • Məhsulun göndərişi satıcı tərəfindən həyata kecirilir. 
    • Taksi sifarişi və ödəniş müştərinin hesabınadır. 
    • Ərazi olaraq Bakı ərazisinə aiddir. 
       

    ÇATDIRILMA MÜDDƏTİ

    • Bakı üzrə: Sifarişin rəsmiləşdirilmə anından etibarən 2 saat ərzində çatdırılır.
    • Regionlar üzrə: 1-2 iş günü.
    • Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.

    Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.

    • Süni intellektlə işləyən üz tanıma sistemi – sürətli və dəqiq identifikasiya
    • Üz, kart və şifrə ilə autentifikasiya rejimlərini dəstəkləyir
    • İnfraqırmızı və görünən işıq kameraları 24/7 fasiləsiz işləmə təmin edir
    • Saxta identifikasiyanın qarşısını alan texnologiya – foto, video və maska hücumlarına qarşı qoruma
    • 7 düymlük yüksək dəqiqlikli toxunma ekran – rahat və intuitiv idarəetmə
    • UniView təhlükəsizlik və giriş nəzarət sistemləri ilə tam inteqrasiya
    • Bulud və lokal idarəetmə seçimləri – çevik tətbiq imkanı
    • Daxili və yarı açıq məkanlar üçün uyğun dayanıqlı dizayn