Məhsul Haqqında

YENİ

Barkod Kağızları 80x100 mm, 300 etiket

Məhsul haqqında:

80x100 mm barkod kağızları məhsulların sürətli və rahat şəkildə etiketlənməsi üçün praktik həll təqdim edir. Etiketlərə barkod, məhsulun adı, qiyməti, istehsal tarixi, seriya nömrəsi və digər vacib məlumatları çap etmək mümkündür.

300 ədəd etiketdən ibarət olan bu barkod kağızı mağazalar, supermarketlər, anbarlar və logistika şirkətləri üçün əlverişli seçimdir. Güclü yapışqan səthi etiketin məhsul üzərində möhkəm qalmasına kömək edir.

Məhsul Rəngi:

color 1

Məhsul Sayı:

Paylaş:

  • Etiket ölçüsü: 80x100 mm
  • Etiket sayı: 300 ədəd
  • Material: Öz-özünə yapışan etiket kağızı
  • İstifadə sahəsi: Barkod və məhsul etiketlənməsi
  • Uyğun sahələr: Mağaza, market, anbar, logistika və istehsalat
  • Çap: Termal transfer və uyğun printerlərdə istifadə üçün

Rəsmi zəmanət müddəti – 1 İl

ƏSAS ŞƏRTLƏR

Zəmanət müddəti ərzində satın alınmış məhsulun zəmanət şərtlərinə uyğun nasazlığı aşkar edildikdə, məhsulun pulsuz təmiri təmin edilir.
Zəmanət müddəti məhsulun satın alındığı zaman bildirilir və Zəmanət Talonunda qeyd olunur.
Zəmanət müddəti məhsulun satın alındığı tarixdən etibarən başlayır.
Zəmanət müddəti ərzində istehsalçı qüsuru aşkar edildikdə, məhsul Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq yoxlanılması və təmiri üçün Texniki Servis Mərkəzinə qəbul edilir.
Təmir üçün təqdim olunan məhsul tam komplektdə, ilkin vəziyyətdə və daxili texniki xüsusiyyətlərinə uyğun olmalıdır.
Zəmanət xidməti yalnız Zəmanət Talonunda adı qeyd olunan şəxsə və şəxsiyyətini təsdiq edən sənəd təqdim edildiyi halda göstərilir.
Təmir müddəti 2–14 iş günü təşkil edə bilər. Təmir üçün istehsalçıdan ehtiyat hissələrinin sifariş edilməsi tələb olunduqda bu müddət uzadıla bilər. Müddətin uzadılması Servis Aktı vasitəsilə razılaşdırılır.
Nasaz hissələrin dəyişdirilməsi zəmanət müddətinin yenidən başlamasına və ya uzadılmasına səbəb olmur.
Zəmanət təmiri müddətində məhsul müvəqqəti olaraq başqa məhsulla əvəz edilmir.
İstehlakçının təqsiri nəticəsində yaranmış nasazlıqlar zəmanət çərçivəsinə daxil deyil və belə hallarda təmir ödənişli əsaslarla həyata keçirilir.

ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNUR:
Nasazlıq istehsalçı qüsuru nəticəsində yaranmışdırsa;
Nasazlıq zəmanət müddəti ərzində aşkar edilmişdirsə.

ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ OLUNMUR:
İstehlakçının təqsiri nəticəsində yaranmış mexaniki zədələnmələr və ya digər nasazlıqlar;
Məhsuldan düzgün istifadə edilməməsi, düzgün saxlanılmaması və ya daşınmaması;
Təhlükəsizlik qaydalarına əməl edilməməsi;
Elektrik gərginliyində yaranan problemlər və ya normadan kənar enerji təchizatı;
Məhsulun içinə və ya üzərinə yad cisimlərin düşməsi;
Yanğın, su basması, təbii fəlakət və digər fors-major hallar;
İcazəsiz təmir və ya məhsula müdaxilə cəhdləri;
IMEI və ya seriya nömrələrinin uyğun gəlməməsi, dəyişdirilməsi, silinməsi və ya zədələnməsi;
Zəmanət Talonunun və ya alış-verişi təsdiq edən sənədin təqdim edilməməsi;
Məhsul üzərində olan qoruyucu möhürlərin və ya plombların zədələnməsi;
Lisenziyasız proqram təminatı, viruslar və ya üçüncü tərəf proqramları nəticəsində yaranan nasazlıqlar;
Təmirin rəsmi Texniki Servis Mərkəzində aparılmaması və ya məhsula qeyri-peşəkar müdaxilə əlamətlərinin aşkar olunması;
İstehlak materiallarının və ya hissələrin (soyuducu/fan, enerji bloku, batareya, akkumulyator və s.) zədələnməsi və ya dəyişdirilməsi.

Qeyd: Məhsulun zəmanət şərtlərinə uyğunluğu Texniki Servis Mərkəzinin yoxlaması əsasında müəyyən edilir.
 

ÇATDIRILMA ŞƏRTLƏRİ

* Pulsuz çatdırılma: 300 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur.
* Göstərilən məbləğdən aşağı sifarişlər Kuryer ilə çatdırılır.
Çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır

Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.