Sualınız var? Məhsullar, sifarişlər və çatdırılma ilə bağlı əlaqə saxlayın: 055 310 07 77

Məhsul Haqqında

SYBLE XB-D30 (Kabelli)

Məhsul haqqında:

SYBLE XB-D30 (Kabelli) — yüksək performanslı 2D kabelli barkod oxuyucudur. 1D və 2D (QR kod daxil) barkodları həm kağızda, həm də ekran üzərində sürətli və dəqiq oxuyur. Kompakt, davamlı və ergonomik dizaynı ilə satış nöqtələri, anbarlar, mağazalar və istehsalat üçün ideal seçimdir. Plug & Play funksiyası sayəsində əlavə sürücü tələb olunmur, USB və RS232 interfeysləri dəstəklənir.

Məhsul Rəngi:

color 1

Məhsul Sayı:

Məhsulu Paylaş:

Texniki Göstəricilər — Syble XB-D30 2D Barkod Skanner

Performans Parametrləri
İşıq mənbəyi: Yaşıl LED nişan işığı, ağ LED işıqlandırma
Skan prinsipi: CMOS təsvirləmə (imaging) texnologiyası
Həllolma qabiliyyəti (resolution): 640(H) × 480(V) piksel
Tətik rejimi: Manual (əl ilə), davamlı (continuous), avtomatik tanıma (auto-sensing)
Skan bucağı:

  • Dönmə (rotation): 360°

  • Qaldırma (elevation): ±65°

  • Sapma (deflection): ±65°
    Baxış sahəsi (Field of view): Üfüqi 44°, şaquli 33°

Skan dərinliyi (Depth of field):

  • EAN-13: 55mm – 300mm (13mil)

  • Code39: 60mm – 180mm (5mil)

  • QR Code: 75mm – 190mm (15mil)

  • Code128: 50mm – 160mm (5mil)

Kodların tanınma qabiliyyəti (Decoding capability):
1D barkodlar: Codabar, Code 39, Code 32, Pharmaceutical (PARAF), Interleaved 2 of 5, NEC 2 of 5, Code 93, Straight 2 of 5 (Industrial/IATA), Matrix 2 of 5, Code 11, Code 128, GS1-128, UPC-A, UPC-E, EAN/JAN-8, EAN/JAN-13, MSI, GS1 DataBar (Omnidirectional, Limited, Expanded), China Post (Hong Kong 2 of 5), Korea Post.
2D barkodlar: PDF417, Micro PDF417, QR Code, Data Matrix, MaxiCode, Aztec, HANXIN, Codeblock A/F, GS1 Composite Codes.

Səhv nisbəti (Bit Error Rate): 1 / 5,000,000
Kontrast nisbəti: ≥20%
Əlaqə interfeysləri: USB-HID, USB-COM, RS232


Elektrik Parametrləri
Gərginlik: DC 5V ±5%
İşlək cərəyan: 240mA


Ətraf Mühit Parametrləri
İşləmə temperaturu: -20°C ~ +50°C
Saxlama temperaturu: -40°C ~ +70°C
Rütubət: 5% ~ 95% (kondensasiya olmadan)
Ətraf işıq səviyyəsi: 0 ~ 100000 LUX
Düşməyə davamlılıq: 1.5 metr sərbəst düşməyə dözür


Fiziki Parametrlər
Skanner ölçüsü: 173 × 67 × 79 mm
Material: ABS + PC (zərbəyə davamlı korpus)
Şarj kabeli uzunluğu: 1.5 metr

Zəmanət - 1 il

ƏSAS MÜDDƏALAR:

  • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
  • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
  • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
  • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
  • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
  • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
  • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
  • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
  • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
  • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

  • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
  • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

  • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
  • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
  • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
  • Qalaqramlı blomb zədələndikdə;
  • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
  • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
  • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.)

ÇATDIRILMA Növü - Pulsuz çatdırılma

  • Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
  • Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı
    şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır.
     

ÇATDIRILMA Növü - Taksi ilə çatdırılma

  • Taksi ilə çatdırılma: Məbləğdən asılı olmayaraq sifarişlər üçün mövcuddur.
  • Məhsulun göndərişi satıcı tərəfindən həyata kecirilir. 
  • Taksi sifarişi və ödəniş müştərinin hesabınadır. 
  • Ərazi olaraq Bakı ərazisinə aiddir. 
     

ÇATDIRILMA MÜDDƏTİ

  • Bakı üzrə: Sifarişin rəsmiləşdirilmə anından etibarən 2 saat ərzində çatdırılır.
  • Regionlar üzrə: 1-2 iş günü.
  • Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.

Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.

Quraşdırılma və Servis:

Aldığınız avadanlığın düzgün və problemsiz istifadəyə başlanması üçün quraşdırılma və ilkin texniki dəstək xidməti tərəfimizdən təqdim olunur. Quraşdırılma prosesi yalnız təcrübəli texniki servis əməkdaşlarımız tərəfindən həyata keçirilir.
 

Quraşdırma xidmətinə daxildir:

  1. Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi
  2. Kompüter və ya digər qurğuya qoşulması
  3. Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması
  4. Test məqsədli işə salınma və yoxlama
  5. İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi

 

Diqqət! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildirayrıca xidmət olaraq təqdim olunur.