SYBLE XB‑D60 2D barkod skaner həm 1D, həm də QR kodlarını sürətli və dəqiq oxumaq üçün hazırlanmışdır. Kabelli dizaynı sayəsində stabil və etibarlı bağlantı təmin edir, POS sistemləri, kassa aparatları, kompüterlər və anbar idarəetmə sistemləri ilə problemsiz işləyir.
Erqonomik və davamlı korpusu uzunmüddətli istifadədə rahatlıq yaradır. SYBLE XB‑D60 kiçik və orta bizneslər üçün ideal seçimdir, iş prosesini sürətləndirir və xətaları minimuma endirir. Qiymət–performans nisbəti isə hər bir müəssisə üçün sərfəlidir.
Model: SYBLE XB‑D60
Skan növü: 1D və 2D (QR kod daxil)
Oxuma məsafəsi: 50 mm – 350 mm (barkod növünə görə)
Bağlantı növü: USB kabel (Plug & Play)
Skan tezliyi: 100 skan/saniyə
Çözünürlük: ≥ 3 mil (1D), ≥ 5 mil (2D QR kod)
İşıqlandırma: Qırmızı LED + IR işıq
Mühit Temperaturu: 0°C – 50°C
Rütubət: 5% – 95% (noxudsuz)
Material: ABS plastik, davamlı korpus
Uyğunluq: Windows, Mac OS, Linux, POS sistemləri
Çəki: 180 g
Ölçülər: 170 mm × 70 mm × 55 mm
Zəmanət müddəti - 1 İl
ƏSAS MÜDDƏALAR:
ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər.
Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az” heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.
ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:
Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.
ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:
Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
Qalaqramlı blomb zədələndikdə;
Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
Məhsulun təmiri “Yoxla.az” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.).
ÇATDIRILMA QİYMƏTİ - PULSUZ!
* Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
* Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır
ÇATDIRILMA NÖVÜ - TAKSİ İLƏ ÇATDIRILMA
* Məbləğdən asılı olmayaraq sifarişlər üçün mövcuddur.
* Məhsulun göndərişi satıcı tərəfindən həyata kecirilir.
* Taksi sifarişi və ödəniş müştərinin hesabınadır.
* Ərazi olaraq Bakı ərazisinə aiddir.
ÇATDIRILMA MÜDDƏTİ
* Bakı üzrə: Sifariş tamamlandıqdan sonra 1 saat ərzində çatdırılma həyata gecirilir.
* Regionlar üzrə: 2-3 iş günü.
* Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.
DİQQƏT: Çatdırılma yalnız bazar ertəsindən cümə gününə qədər həyata keçirilir.
Şənbə və Bazar qeyri-iş günləridir.
Əgər sifariş cümə günü saat 17:00-dan sonra verilibsə, çatdırılma növbəti həftənin ilk iş gününə keçirilir.
DİQQƏT: Bağlamanın çəkisi sabit daşınma dəyərinə görə hesablanmış orta çəkidən artıq olarsa, hər kq üçün əlavə ödəniş tətbiq oluna bilər.
Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.
Aldığınız avadanlığın düzgün və problemsiz istifadəyə başlanması üçün quraşdırılma və ilkin texniki dəstək xidməti tərəfimizdən təqdim olunur. Quraşdırılma prosesi yalnız təcrübəli texniki servis əməkdaşlarımız tərəfindən həyata keçirilir.
Quraşdırma xidmətinə daxildir:
1.Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi
2.Kompüter və ya digər qurğuya qoşulması
3.Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması
4.Test məqsədli işə salınma və yoxlama
5.İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi
! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildir və ayrıca xidmət olaraq təqdim olunur.