+994553100777 info@yoxla.az

Məhsul Haqqında

Şəbəkə keçid cihazı (Switch) - UNV POE SWITCH NSW3000-24T1GT1GC-POE-IN (Cloud Managed)

₼ 293.00

Stokda var

  • Məhsul haqqında:

    • Cloud idarəetməsi: Bulud əsaslı mərkəzləşdirilmiş idarə, şəbəkə topologiyasının avtomatik tanınması və Web + mobil tətbiq vasitəsilə idarəetmə imkanı təmin edilir

    • QoS & PoE idarəsi: Port prioriteti dəstəyi, PoE statusunu izləmə, PoE-nin uzaqdan açılıb-söndürülməsi və 250 m məsafəyə Extend rejimi ilə enerji ötürmə imkanı mövcuddur

    • Real-time xəbərdarlıqlar: Portda anomaliya aşkarlandıqda dərhal hesabat göndərmə funksiyası var

    Məhsul Rəngi:

    color 1

    Say:

    Paylaş:

    Port Konfiqurasiyası 24 × 10/100 Mbps PoE port (RJ45), 1 × 1 Gbps uplink (RJ45), 1 × 1 Gbps Combo (RJ45/SFP)
    Standartlar IEEE 802.3, 802.3u/ab/az, 802.3x, 802.3af/at
    Keçid Tutumu 8.8 Gbps
    Yönləndirmə Sürəti 6.55 Mpps
    Paket Tamponu 4 Mbit
    MAC Ünvan Cədvəli 16K ünvan
    PoE Gücü Ümumi PoE gücü: 370 W; Port başına max: 30 W
    Soyutma & Korpus 1 soyutma fanı, metal gövdə
    Ölçü və Çəki 440 × 244.8 × 44 mm; ~2.9 kg
    Giriş & Maks İstehlak AC 100–240 V; Maks ümumi güc ~385 W (PoE daxil)
    Əməliyyat Şəraiti Temperatur: 0–40 °C; Nəm: 10–90% kondensasiya olmadan
    LED Göstəricilər POWER, PoE, PoE‑MAX, LINK/ACT göstəriciləri mövcuddur

    Zəmanət - 1 il

    ƏSAS MÜDDƏALAR:

    • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
    • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
    • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
    • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
    • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
    • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
    • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
    • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
    • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
    • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

    ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

    • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
    • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

    • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
    • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
    • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
    • Qalaqramlı blomb zədələndikdə;
    • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
    • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
    • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.).