+994553100777 info@yoxla.az

Məhsul Haqqında

Şəbəkə keçid cihazı (Switch) - POE SWITCH UNV NSW2020-24T1GT1GC-POE-IN

Stokda yoxdur

  • Məhsul haqqında:

    Uniview NSW2020‑24T1GT1GC‑POE‑IN — yüksək PoE gücü və port sayısı tələb edən geniş şəbəkələr üçün ideal, unmanaged və güclü bir switch-dir. 24 PoE+ portu, 1 Gbps uplink portları və 370 W PoE gücü ilə, eyni zamanda uzun məsafəli kamera tətbiqləri üçün 250 m‑lik Extend rejimini dəstəkləyir. Aktiv fan soyutması, metal gövdə və PD keepalive funksiyası onun etibarlılığını artırır.

    Məhsul Rəngi:

    color 1

    Say:

    Paylaş:

    Port Konfiqurasiyası 24 × 10/100 Mbps PoE+ (RJ45) portu + 1 × 1 Gbps RJ45 uplink + 1 × 1 Gbps combo (RJ45/SFP) uplink portu
    Standartlar IEEE 802.3, 802.3u, 802.3z, 802.3ab, 802.3x, 802.3af, 802.3at, 802.3az
    Keçid Tutumu 8.8 Gbps
    Yönləndirmə Performansı 6.55 Mpps
    Paket Tamponu 4 Mbit
    MAC Ünvan Cədvəli 16 K giriş
    PoE Gücü Ümumi PoE gücü: 370 W; Bir port üçün maksimum: 30 W
    Soyutma 1 fanlı (aktiv soyutma), metal korpuslu dizayn
    İş Rejimləri - Normal (Default): Hamı port bir‑biri ilə əlaqə qurur.
    - Secure (VLAN): Yalnız downlink portları uplink portla əlaqələnə bilər (PD keepalive funksiyası ilə kameraları avtomatik yenidən başlatmaq mümkündür).
    - Extend (Surveillance): PoE ötürmə məsafəsi 250 m-ə qədər artır; yalnız uplink‑lə əlaqə mümkün
    LED Göstəriciləri POWER, PoE, PoE‑MAX, LINK/ACT — PoE‑MAX aktiv olarsa ümumi PoE gücü >85‑dir
    Ölçü və Çəki 440 × 250 × 44 mm; 2.93 kg
    İş Şəraitləri İş temperaturu: 0–40 °C; Nəm: 10–90 % (kondensasiya olmadan)
    Güc Təchizatı AC 100–240 V, 50/60 Hz; Ümumi güc istehlakı ~390 W

    Zəmanət - 1 il

    ƏSAS MÜDDƏALAR:

    • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
    • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
    • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
    • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
    • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
    • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
    • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
    • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
    • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
    • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

    ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

    • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
    • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

    ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

    • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
    • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
    • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
    • Qalaqramlı blomb zədələndikdə;
    • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
    • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
    • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.).