Sualınız var? Məhsullar, sifarişlər və çatdırılma ilə bağlı əlaqə saxlayın: 055 310 07 77

Məhsul Haqqında

CASH DRAWER DEVCRAFT RC-405A

Məhsul haqqında:

Ticarət nöqtəniz üçün ideal həll! DEVCRAFT RC-405A kassa pul çəkməcəsi ilə satış prosesinizi sürətləndirin və pul idarəsini asanlaşdırın. Yüksək keyfiyyətli metal konstruksiyası və çoxsaylı bölmələri ilə bütün növ nağd pul və sənədləri təhlükəsiz saxlayır.

Davamlı və möhkəm metal konstruksiya
Çoxsaylı bölmələr – həm nağd pul, həm də çeklər üçün rahat yerləşdirmə
Asan açılan və bağlanan mexanizm
Standart ölçülərdə – demək olar ki, bütün kassa aparatlarına uyğundur
Ticarətiniz üçün maksimum səmərəlilik və təhlükəsizlik

Mağazanızda və ya iş yerinizdə rahatlıqla istifadə edin, satış prosesinizi təkmilləşdirin!

📞 Sifariş və ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın!

Məhsul Rəngi:

color 1

Məhsul Sayı:

Məhsulu Paylaş:

Ölçülər (En × Dərinlik × Hündürlük) ~ 405 mm × 420 mm × 100‑110 mm
Çəki Təxminən 6.5 kg (net)
Pul bölmələri (bill slots) 4 və ya 5 ədəd banknot yeri (modelə görə dəyişir)
Qəpik bölmələri 8 ədəd qəpik bölməsi, bəzən çıxarıla bilən qəpik konteyneri ilə
Güc varlığı / Voltaj 12V və ya 24V (elektriklə açılır + printer interfeysi olan modellərdə)
Kilidləmə rejimi 3 mövqeli kilid: kilidlə, manual açıq və printer/kəş açarı ilə açılan rejimlərdə
Material / tikiliş Metal karkas, davamlı polad plitə, toz boya örtüyü, sərtləşdirilmiş konstruksiya
Əlavə xüsusiyyətlər İki “media slot” — çek və ya kağız qəbzlər üçün çıxış yuvaları, çıxarıla bilən qəpik konteyneri, mikrosürüşmə (sensor) bəzi modellərdə, məşhur interfeys RJ11 / RJ12 / USB

Zəmanət - 6 ay

ƏSAS MÜDDƏALAR:

  • ZƏMANƏT dedikdə, alınmış məhsulun zəmanət müddətində ödənişsiz təmiri başa düşülür.
  • Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda məhsulların qarşısında qeyd olunur.
  • Zəmanət müddəti məhsulun alındığı gündən başlanır.
  • Zəmanət müddəti ərzində məhsulda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, həmin qüsurlu məhsul Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq məhsulda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün Texniki Servis Mərkəzi tərəfindən qəbul edilir.
  • Təmirə qəbul olunan məhsul yalnız tam komplektasiyada, orijinal xarici görünüşdə və daxili parametrlərinə uyğun olmalıdır.
  • Təmirə qəbul olunan məhsul yalnız bu talonda adı, soyadı qeyd olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.
  • Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə Texniki Servis Mərkəzində 2 iş günündən-14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (Servis Aktı əsasında) başqa müddətə uzadıla bilər. 
  • Təmir zamanı məhsulda qüsurlu hissələrin (detalların) dəyişdirilməsi, məhsulun zəmanət müddətinin yenidən başlanması anlamına gəlmir.
  • Məhsul zəmanətli təmirə qəbul edildikdə, müvəqqəti istifadə üçün başqa məhsulla əvəz edilmir.
  • Zəmanət müddəti ərzində istehlakçı tərəfdən yaranan qüsura görə “Yoxla.Az”  heç bir məsuliyyət daşımır və belə halda təmir ödənişli şəkildə həyata keçirilir.

ZƏMANƏT AŞAGIDAKI HALLARDA VERİLİR:

  • Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;
  • Müəyyən olmuş qüsur həmin məhsulun zəmanət müddətində aşkarlanıb.

ZƏMANƏT AŞAĞIDAKI HALLARDA VERİLMİR:

  • Məhsulda qüsur istehlakçı tərəfindən yarandıqda (mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən məhsulda təmir işləri aparma-müdaxilə olunma nəticəsində);
  • Məhsulun üzərində və zəmanət talonunda qeyd olunan modelin İMEİ kodları və seriya nömrələri uyğun gəlmədikdə, dəyişdirildikdə, silindikdə, zədələndikdə;
  • Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda;
  • Qalaqramlı blomb zədələndikdə;
  • Qeyri-müvafiq və ya lisenziyasız proqram təminatlarının, həmçinin virusların əmələ gətirdiyi nasazlıqlar nəticəsində məhsul xarab olduqda;
  • Məhsulun təmiri “YOXLA.AZ” -ın Texniki Servis Mərkəzində aparılmadıqda və ya təmir məqsədi ilə qeyri-peşəkar müdaxilə izləri aşkar edildikdə;
  • Məhsulun hissələrinə (kuler, qida bloku, adapter və s.) və sərf olunan hissələrinə (batareya, akkumlyator və s.).

ÇATDIRILMA QİYMƏTİ - Pulsuz!

  • Pulsuz çatdırılma: 100 azn və daha cox məbləğ sifarişlər üçün mövcuddur
  • Göstərilən məbləğdən aşağı sifarişlər üçün çatdırılma qiyməti regiondan (Bakı
    şəhəri) və sifarişin qiymətindən asılı olaraq fərdi qaydada hesablanır.

 

ÇATDIRILMA MÜDDƏTİ

Orta hesabla çatdırılma müddəti:

  • Bakı üzrə: 1 iş günü.
  • Regionlar üzrə: 2-3 iş günü.
  • Beynəlxalq çatdırılma: razılaşmaya əsasən.

Çatdırılma haqqında ətraflı məlumatla Çatdırılma şərtləri səhifəsində tanış ola bilərsiniz.

Aldığınız avadanlığın düzgün və problemsiz istifadəyə başlanması üçün quraşdırılma və ilkin texniki dəstək xidməti tərəfimizdən təqdim olunur. Quraşdırılma prosesi yalnız təcrübəli texniki servis əməkdaşlarımız tərəfindən həyata keçirilir.

Quraşdırma xidmətinə daxildir:

  1. Məhsulun açılması və düzgün şəkildə yerləşdirilməsi

  2. Kompüter və ya digər qurğuya qoşulması

  3. Lazımi proqram təminatının və sürücülərin (Driver) yazılması

  4. Test məqsədli işə salınma və yoxlama

  5. İstifadəçi üçün qısa təlimat və tövsiyələrin verilməsi

Diqqət! Quraşdırılma xidməti məhsulun satış qiymətinə daxil deyildirayrıca xidmət olaraq təqdim olunur.