Log in

Connect TV
How do you like Connect TV Tv?

LikeDislike
Write Review

Connect TV - efir kabel televiziyası Review

Written by Mahir Hasanov on 05 February 2015

Quality

Customer Service

AİLƏ tv-i məsləhət deyil
Ailə TV-ə yazdığım məktubu istərdim siz də olduğu kimi oxuyasınız.
Bir şirkət olaraq inanın peşəkarlıqdan çox uzaqsınız. 2015-ci ildə yaşayırıq. Lakin sizin aylıq ödənişinizi etmək üçün hər ay 1990-cı illərin qaydası ilə hərəkət etməli oluruq. Ödənişi etmək üçün hər dəfə əməkdaşınızla görüş yeri təyin etməli oluruq. Konkret olaraq qeyd edim ki, iki həftə öncə əməkdaşınız ödənişi götürmək üçün zəng vurmuş və evdə olmadığımı, sabah gələ biləcəyini desəm də gəlib pulu götürməmişdir. Bu mənim günahım deyil. Və unutmağım normaldır. Bu dövrdə insanın səhərdən axşama qədər iş yerində olması və evdə olmaması normal bir haldır. Lakin gəlib xətti ayırmanız və zəng etdikdə incə səsli, robot xarakterli xanım və bəylərin bir ağızdan əzbərlədiyi "biz yalnız sifariş qəbul edirik, ofisə yaxınlaşın mütləq" deməniz bir daha necə bəsit şirkət olduğunuzu göstərir. Yalnız pul qazanmağı düşünməkdənsə bir az da müştəri məmnuniyyətini düşünün. Və əmin olun ki, bu gün müştəri əgər ona xidmət göstərən şirkətdən məmnun deyilsə onu yoldaşlarının, ətrafının gözündən salması və yaxud gözlərini açması üçün böyük gücə malikdir. Hal-hazırda təkcə facebook-da müştəri şikayətləri ilə bağlı bir neə səhifələr var və minlərlə istifadəçisi var. Siz yalnız məni deyil, onları da bir gün itirəcəksiniz.
Feedback