Log in

KATV1
How do you like KATV1 Cable?

LikeDislike
Write Review

KATV1 Kabel İnternet Review

Written by Mehman Elxanoglu on 05 June 2013

Speed

Reliability

Customer Service

Milyon ADSLi bir fiberoptikə dəyişmərəm...
Bir neçə aydır ki, Bakinternetdən ayrılıb, KATV1-ə qoşulmuşam və narazı da deyiləm. Əvvəla qiymət aşağı, sürət yüksək... Bakinternetdə 15 AZN verib, güc-bəla ilə 2 Mbps sürət alırdım, indi 13 AZN ödəyib, 4 Mbps sürət alıram. Stabilliyə gəlincə, günün istənilən saatında söz verilən sürəti artıqlaması ilə ala bilirəm. Upload sürətində müəyyən problemlər olur, ancaq çox upload etmirəm deyə, sürət məni tam qane edir.
Müştəri xidmətlərində müəyyən xırda problemlər var, ancaq ümid edək ki, yaxın gələcəkdə belə problemlər olmaz yəqin ki...
Bir də bu əlçatanlıq (ərazi baxımından) məsələlərini də həll etsələr, milləti ADSL üzünə həsrət qoya bilərlər (sözün yaxşı mənasında)...
Feedback