Daxil ol

Bakinternet
Bakinternet ADSL xidmətini bəyənirsiniz?

BəyənirəmQınayıram
Rəy yaz

Bakinternet ADSL xidməti haqda rəy

AlikamranIsmayilzade tərəfindən 23 Fevral 2012 tarixində yazılıb

Sürət

Etibarlılıq

Müştəri Xidməti

Bakinternetdən razıyam
Bakinternetin əsas üstünlükləri mənim üçün:
1) ATS-lə heçbir problem yaşatmır, yəni sürətlə bağlı problem çıxdıqda özəl provayderlər kimi günahı ATS-in boynuna atmır.
2) Problemin həllini öz üzərinə götürür - xətlərin yoxlanılması, ATS-ə xəbərdarlığın göndərilməsi və s.
3) Əgər aylıq abunə haqqı gecikərsə onda nəyinki internet kəsilmir, hətta sürət belə aşağı düşmür.
4) Mən 2 Mb/s-lik paketə qoşulsam. Speed test zamanı (www.speedtest.net) sürət 3 göstərir. Yəni 2 Mb/s əvəzinə 3 Mb/s alıram.
5) İstifadə etdiyim il yarım ərzində heçbir ciddi şikayətim olmayıb!

Mənfi cəhəti - saat 6-dan sonra müştəri xidmıtlərinin çox vaxt işləməməsidir!
Təkliflər