Daxil ol

Bakinternet
Bakinternet ADSL xidmətini bəyənirsiniz?

BəyənirəmQınayıram
Rəy yaz

Bakinternet ADSL xidməti haqda rəy

Əsgərli Söhrab tərəfindən 22 Mart 2015 tarixində yazılıb

Sürət

Etibarlılıq

Müştəri Xidməti

Bakinterneti tövsiyə etmirəm.
SÜRƏT: Gecə 12 dən sonra müqavilədə göstərilən sürətdən 1.5 dəfə cox sürət yaranır ( server bakinternet, hosted by azstarnet). Amma gün ərzində müqavilə gosterilen süretden 3 defe az süret alınır. Ping isə gün ərzində 240 ms olur (bakıdakı ən yaxşı serverlərlə yoxlanılıb), ancaq gecə 2 dən sonra normal isletmek olur. Nəinki gamerlər hətta email istifadəciləri üçün yararsızdır. Bakinternet sözün əsl mənasında müqavilənin şərtlərini açıqca pozur və 1 aylıq müşahidə zamanı yalnız gecə 12 dən sonra normal internet şəbəkəsindən istifadə etməyə imkan verir.
ETİBARLILIQ: İnternetin sürəti tez tez dəyişir və göndərilən paketlər bəzən itə bilir. Buna görə də bizneslə məşgul olan şəxslərə, habelə canlı verilişlərə baxan şəxslərə məsləhət görülmür. Skype istifadəçilərinə və gamerlər üçün isə yararsızdır.
MÜŞTƏRİ XİDMƏTi: İşçilər gülərüz deyil, sözün əsl mənasında əsəbi insanlara və ürək-damar xəstəliyi olan insanlara bir başa əlaqədə olmagı məsləhət görmürəm. Bundan əlavə, internet paketini sifariş verdikdən sonra 5 manat qoşulma haqqı və aylıq abunə haqqı dərhal ödənməlidir, siz həmin gündən internet internetdən istifadə etməyə başlamış sayılırsınız, lakin işçilərin sizə səhəri gün qoşulma xidməti göstərəcəyi bildirilir. Vaxtı soruşduqda sizə "gün ərzində" məlumatı verilir. Bütün gününü evdə keçirməyən insanlara məsləhət görülmür. Bundan sonra isə tez tez zəng edib mütəxəssisin nə vaxt gələcəyi haqda soruşmaq məsləhət görülür. Əgər modem quraşdıra bilmirsinizsə tanışların köməyi ilə qurun, çünki mütəxəssisin hansı ay gələcəyi dəqiq deyil.
XÜLASƏ: Bakinternet dövlət qurumuna bağlı olmasına baxmayaraq, müqavilədə göstəriləndən aşağı səviyyədə xidmət göstərməklə vətəndaşlardan böyük miqdarda əlavə pul vəsaiti mənimsəyir və heç bir açıqlama gətirmir (rəsmi sayt 2013dən bəri yenilənməmişdir). İnsanlara diqqətli olmağı fırıldaqçılara aldanmamagı tövsiyə edirəm.
Təkliflər