Daxil ol

Azercell
Azercell Mobil xidmətini bəyənirsiniz?

BəyənirəmQınayıram
Rəy yaz

Azercell 3GMAX xidməti haqda rəy

Mahammad Isgandarli tərəfindən 05 Aprel 2013 tarixində yazılıb

Sürət

Etibarlılıq

Müştəri Xidməti

AzarCell müştərilərinin pulunu oğurlayır
3GMAX data kart almaq istəyənlər, 3 dəqiqəlik vaxtınızı ayırıb bu yazını diqqətlə oxuyun. Azercell-in xidmətlərinin keyfiyyətsiz olması(sürət, əhatə dairəsi və s.) qalsın bir yana hələ üstəlik müştərilərini alçaqlıqla aldadır.
Başıma gələn bu hadisəni sizə deyim. Azercell-in data kartını kompyuterə I dəfə daxil edəndə onun proqramı avrtomatik yüklənir. Fikir vermisinizsə proqramda Statics(Statistika) bölməsində günlük, aylıq və illik istifadə olunan trafikin ümumi miqdarı göstərilir. Uzun sözün qısası 1 ayın qurtarmasına 3 gün qalmış balansımı yoxlayıram və görürəm ki, hələ 7 GB-dan artıq traffic qalıb. 3 Gündən sonra mesaj gəlir ki, guya mən limiti keçmişəm özü də 1.7 GB. Guya ki, ümumilikdə 8.7 GB işlətmişəm. Faktiki olaraq kompyuterimdə istifadə olunan trafficin miqdarı 4 GB-ı keçməyib. 4 GB və 8.7 GB? Azercell-in bu fahişəliyinə görə istifadə etmədiyim internetə görə 50 AZN ödəməliyəm. Hərçəndi problemimin həll olunmasına inanmasam da buna görə müvafiq orqanlara şikayət edəcəyəm
Baxın budur Azercell. Müştərilərinin pulunu vicdansızcasına soyur.
İnternetə daxil olmaq istəyənlər heç bir zaman limit sözü olan müqaviləni imzalamayın.
Təkliflər